Bakı,
Azərbaycan
20/02/2026
-
06/03/2026
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədlərin təşkili;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Tender üçün sənədlərin hazırlanması;
- İnventarizasiya prosesinin həyata keçirilməsi;
- Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
- Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, Vahid bəyannamə, mənfəət vergisi hesabatı) ;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Qaimə fakturaların və digər lazımi sənədlərin ofisdaxili qeydiyyatını səliqəli aparmaq;
- Maliyyə hesabatlarının tərtib edilməsi;
- Debitor və kreditor borclar haqqında hesabatların tərtibatı və ödənişlərin izlənməsi;
- Müəssənin fəaliyyətinə uyğun vergi hesabatlarının (DSMF, Statistika və.s) təqdim edilməsi;
- Online kargüzarlıq sisteminin gündəlik yoxlanılması və dövlət orqanlarından gələn məktubların cavablandırılması;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq görülməsi;
İş şərtləri:
- İş günləri: 5 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 -14:00
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblər
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 il iş təcrübəsi (baş mühasib kimi təcrübə üstünlükdür);
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi və digər mühasibatlıq qanunvericiliyi üzrə biliklər;
- Mühasibatlıq və vergi uçotu üzrə hesabatların hazırlanması üzrə geniş təcrübə;
- 1C 8.3, BTP, e-gov, e-taxes və digər mühasibat proqramlarında işləmə bacarığı;
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
- Yüksək analitik düşüncə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı;
- Hesabatlılıq təcrübəsinə malik olmaq;
- Öyrənməyə açıq olmaq;
- PMS sertifikatı (Kiçik və orta sahibkarlıq subyektləri) olması vacibdir;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.