Emsan

Baş Mühasib

Emsan
Ə/h razılaşma ilə
327
Tam iş günü
Bakı, Azərbaycan
25/03/2026 - 25/04/2026

İş haqqında məlumat

  • Mühasibat məlumatlarını Logo Tiger bazasına vaxtı vaxtında işlənilməsi,
  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
  • Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
  • Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
  • Debitor və kreditor hesablaşmaları aparmaq;
  • Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi;
  • “İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
  • Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
  • Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin işlənməsi;
  • Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;
  • Gündəlik və aylıq hesabatları tərtib etmək;
  • Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi; 
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
  • Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.

İş şərtləri:

  • İş günləri: 5 günlük iş qrafiki
  • İş yeri: 25 plaza, Şəmsi Rəhimov küç
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Tələblər

  • Cinsi:Kişi
  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Minimum 3 il pərakəndə sahəsində təcrübəsi olmalı;
  • PMS sertifikatının olması üstünlükdür;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu standartları üzrə yüksək bilik;
  • Logo Tiger proqramı və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dilini səlis  bilməli, ingilis dili arzuolunandır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.
  • Dəqiqlik və yüksək məsuliyyət;
  • Analitik düşüncə və dəqiqlik
  • Maliyyə analizi və hesabatların idarə olunması bacarıqları.

Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.