Melissa Group

Baş mühasib

Melissa Group
Ə/h razılaşma ilə
422
Tam iş günü
Masallı, Azərbaycan
30/04/2026 - 14/05/2026

İş haqqında məlumat

  • Aylıq, rüblük, illik vergi, DSMF və statistik hesabatların hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
  • Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
  • 1C mühasibatlıq proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin yoxlanışının həyata keçirilməsi;
  • Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

İş şəraiti:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
  • İş rejimi: 6 günlük iş qrafiki (müsahibə əsasında iş qrafikində dəyişiklik edilə bilər). 
  • İş yeri: Masallı rayonu (rayon və ətraf ərazilərdə yaşayanlara üstünlük verilir)

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)
  • Müvafiq vəzifədə 3 ildən artq iş stajı (istehsalat sahəsində olması arzuolunandır);
  • Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
  • Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;
  • Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
  • Peşəkar Mühasib Sertifikatı və mühasibatlıq ilə bağlı digər sertifikatları olması üstünlükdür;
  • Komandada işləmə bacarığı;
  • Bəy namizədlər.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar