Bakı,
Azərbaycan
08/05/2026
-
22/05/2026
İş haqqında məlumat
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və idarə olunması
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət
- Mühasibat (maliyyə) hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi
- Əsas vəsaitlər, maddi-əmtəə ehtiyatları və pul vəsaitlərinin hərəkətinin uçotuna nəzarət
- Vergi hesabatlarının (ƏDV, ÖMV, mənfəət vergisi, əmlak vergisi və s.) hazırlanması və təqdim edilməsi
- Bank əməliyyatlarının və maliyyə hesablaşmalarının operativ uçotunun təşkili
- Müqavilələr üzrə ödənişlərin vaxtında icrasına nəzarət
- Şirkətin maliyyə vəziyyəti, pul axını və debitor borcları üzrə hesabatların hazırlanması
- Xəzinə, bank əməliyyatları, əsas vəsaitlər və öhdəliklərin uçotunun aparılması
- Aylıq əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması) və əmək haqqlarını ödəmək;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
- DSMF-yə ödənişlərin düzgün hesablanması və nəzarəti
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Ağ şəhər
- İş qrafiki: 5 günlük iş rejimi
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun
Tələblər
- Yaş: 35–50
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat)
- İş təcrübəsi minimum 10 il
- Dil bilikləri: Azərbaycan və Rus dilləri – mükəmməl
- Kompüter bacarıqları: MS Office (xüsusilə Excel yüksək səviyyədə)
- Vergi, Əmək və digər qanunvericilik üzrə biliklər
- Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
- İdarəetmə və təşkilatı bacarıqlar
- Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.