Madina Group

Baş mühasib

Madina Group
Ə/h razılaşma ilə
1120
Tam iş günü
Bakı, Azərbaycan
17/06/2026 - 01/07/2026

İş haqqında məlumat

  • Maliyyə, mühasibat və vergi uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq standartlarına uyğun təşkil edilməsi və idarə olunması;
  • Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatları, eləcə də vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim olunması;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının, idarəetmə hesabatlarının və dövr bağlanışı əməliyyatlarının vaxtında həyata keçirilməsi;
  • Təsərrüfat əməliyyatlarının, ödənişlərin, müqavilələrin və sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət edilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsinin təmin edilməsi;
  • Debitor və kreditor borclarına, pul vəsaitlərinin hərəkətinə və kredit əməliyyatlarına nəzarət edilməsi;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması və işçilərlə hesablaşmalara nəzarət edilməsi;
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşdırılmasının təşkili;
  • Audit proseslərinin koordinasiyası, dövlət qurumları ilə yazışmaların aparılması və yoxlamalar zamanı şirkətin maraqlarının təmsil olunması;
  • Maliyyə nəticələrinin təhlili, daxili nəzarət prosedurlarının təkmilləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim edilməsi;
  • Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiya edilməsi və tabeçilikdə olan əməkdaşlara metodiki dəstəyin göstərilməsi.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü (5 gün)
  • İş saatları: 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Baş mühasib və ya maliyyə sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Peşəkar mühasib sertifikatının olması mütləqdir;
  • Vergi qanunvericiliyi, əmək qanunvericiliyi və beynəlxalq standartları üzrə dərin biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel-də və 1C mühasibat proqramında peşəkar işləmə bacarığı;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Analitik düşünmə, liderlik, komanda idarəetmə və qərarvermə bacarıqları.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun