BA

Baş Mühasib

Business Accounting
2000 - 2300 ₼
352
Tam iş günü
Bakı, Azərbaycan
24/07/2026 - 07/08/2026

İş haqqında məlumat

  • Maliyyə hesabatlarını (gəlir-xərc, balans, pul axını və s.) hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Xərclərin optimallaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq
  • Vergi öhdəliklərinə, mühasibat uçotu və maliyyə prosedurlarına riayət olunmasını təmin etmək
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • Daxili audit proseslərini dəstəkləmək və maliyyə nəzarət mexanizmlərini gücləndirmək
  • Debitor və kreditor ödənişlərinə nəzarət etmək
  • Maliyyə göstəricilərini analiz edərək rəhbərliyə inkişaf təklifləri təqdim etmək
  • Banklar, auditorlar və digər maliyyə qurumları ilə işgüzar əlaqələri idarə etmək
  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
  • Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
  • ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
  • E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək; 
  • Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
  • Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
  • Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
  • Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
  • Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
  • Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi

İş şərtləri:

  • İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00dək) istirahət günü:şənbə, bazar.
  • Əmək haqqı: 2000 — 2300 Azn
  • Sınaq müddəti: 3 ay 
  • Ərazi: Bakı
  • İş rejimi: 5 günlük iş qrafiki 

Cv formasında şəkil olması mütləqdir.

Tələblər

  • Staj: 5 ildən çox
  • Yaş: 25 — 40 yaş
  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
  • Azərbaycan dilində mükəmməl bilmək (Rus və  ingilis dili biliyi üstünlükdür).
  • 1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
  • Beynəlxalq sertifikatları (F3, F7) olması arzu olunandır, PMS sertifikatı mütləqdir. 
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun