MG

Baş Mühasib

Mortal Games
1800 - 2000 ₼
292
Tam iş günü
Bakı, Azərbaycan
03/08/2026 - 03/09/2026

İş haqqında məlumat

Meta Mühasibatlıq Konsaltinq komandamıza Baş Mühasib vəzifəsi üzrə peşəkar namizəd axtarır.

  • Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil və idarə edilməsi;
  • Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim olunmasına nəzarət;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Əmək haqqı hesablamaları və kadr sənədləşməsinə nəzarət;
  • Vergi və əmək qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və tətbiqi;
  • Müştəri şirkətlərə mühasibatlıq və vergi məsələləri üzrə məsləhətlərin verilməsi;
  • Mühasiblərdən ibarət komandanın idarə olunması və iş prosesinin koordinasiyası.

Təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Rahat iş mühiti və peşəkar komanda;
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
  • Ə/h: 1800+ bonus- 1800-2000 azn

Tələblər

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Vergi və əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
  • 1C, Excel və mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik və idarəetmə bacarıqları.

CV-lərinizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə [email protected] göndərməyiniz xahiş olunur.