Bakı,
Azərbaycan
05/10/2026
-
19/10/2026
İş haqqında məlumat
Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq istəyidir.
İş yeri: Baş Ofis (Bakı şəhəri)
Şöbə: Maliyyə
Birbaşa Rəhbəri: Baş İcraçı Direktor (CEO)
Vəzifənin əsas məqsədi:
- Şirkətin mühasibat və vergi uçotunun AR qanunvericiliyinə və beynəlxalq standartlara uyğun dəqiq aparılmasını, maliyyə resurslarının effektiv idarə olunmasını təmin etmək, vergi və maliyyə risklərini minimuma endirmək və rəhbərliyə düzgün, şəffaf maliyyə hesabatlarını təqdim etmək.
Vəzifə öhdəlikləri
- Şirkətin mühasibat və vergi uçotunu AR qanunvericiliyinə uyğun olaraq düzgün, dəqiq və vaxtında təşkil etmək və idarə etmək.
- Dövlət Vergi Xidməti, DSMF, Statistika Komitəsi və digər dövlət orqanlarına təqdim olunan bəyannamə və hesabatların (ƏDV, Mənfəət, Ödəmə mənbəyində vergi və s.) vaxtında və tam formalaşdırılaraq göndərilməsini təmin etmək.
- Kassa, bank, e-qaimə, hesab-faktura və əsas vəsaitlər üzrə bütün əməliyyatların gündəlik uçotda əks olunmasına nəzarət etmək.
- İaşə proqramlarında (iKo və s.) məhsul reseptlərinin, kalkulyasiya kartlarının və silinmələrin düzgünlüyünə nəzarət etmək.
- Restoranlar üzrə keçirilən dövrü inventarizasiya (sayım) proseslərinə rəhbərlik etmək, kənaraçıxmaları (əskik və ya artıq gəlmə) təhlil edərək rəhbərliyə rəy təqdim etmək.
- Təchizatçılarla (ərzaq, xammal və s.) üzləşmə aktlarının mütəmadi tərtib olunmasını, debitor və kreditor borclarının nəzarətdə saxlanılmasını sağlamaq.
- Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə hesabatlarını (P&L – Mənfəət və Zərər, Cash Flow – Pul Vəsaitlərinin Hərəkəti, Balans) hazırlamaq və təqdim etmək.
- Filiallar üzrə rentabellik, əməliyyat xərcləri (OPEX) və əsas vəsait xərclərinin (CAPEX) təhlilini aparmaq, xərclərin optimallaşdırılması üçün təkliflər vermək.
- İşçilərin əməkhaqqı, bonus, məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərinin düzgün hesablanmasını və vaxtında köçürülməsini təmin etmək.
- Əmək müqavilələri üzrə vergi və sosial ayırmaların dəqiq hesablanıb büdcəyə ödənilməsinə nəzarət etmək.
- Mühasibatlıq şöbəsinin əməkdaşlarının (mühasiblər, kassa müfəttişləri, operatorlar) işini bölüşdürmək, onlara rəhbərlik və nəzarət etmək.
- Kommersiya sirrinin qorunması və məxfilik qaydalarına tam əməl etmək.
Tələblər
- Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində ali təhsil.
- İş təcrübəsi: İctimai iaşə (HoReCa/Restoran) sahəsində Baş Mühasib və ya Aparıcı Mühasib kimi minimum 3-5 il iş təcrübəsi.
- MS Office (xüsusilə MS Excel) proqramını yüksək səviyyədə bilmək.
- Qanunvericilik bilikləri: AR Vergi Məcəlləsi, Mühasibat Uçotu haqqında qanunvericiliyi mükəmməl bilmək (MHBS/IFRS bilikləri arzuolunandır).
- Şəxsi keyfiyyətlər: Analitik təfəkkür, detallara diqqət, komandanı idarəetmə və liderlik bacarığı, məsuliyyətlilik, stresə davamlılıq.
İş şəraiti və təminatlar
- İş qrafiki: I-V günlər, 09:00 – 18:00
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq rəqabətədavamlı əməkhaqqı (müsahibə əsasında təyin olunur).
- Karyera imkanı: Dinamik inkişaf edən restorançılıq şəbəkəsində peşəkar inkişaf imkanı.