Gidromaşservis QSC

Baş mühasibin müavini

Gidromaşservis QSC
1500 ₼
5130
Tam iş günü
Bakı, Azərbaycan
12/12/2025 - 19/12/2025

İş haqqında məlumat

  • Cəmiyyətin maliyyə-təsərrüfat mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat - maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
  • 1 C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
  • İş və xidmətlərin maya dəyərini hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri-istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
  • Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
  • Pul vəsaitlərinin mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək;
  • Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq rüblük və illik hesabatları vaxtında təqdim etmək;
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
  • Maliyyə hesablarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və.s) hazırlamaq;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək;
  • Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək.
     

İş qrafiki:

  • İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  •  İstirahət günü: Şənbə,bazar

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq;
  • Mühasibat proqramlarında (1C, MS Office) işləmək bacarığı;
  • Yaş həddi: 35-40;
  • Cins: Xanım
  • Mühasib kimi ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır;
  • Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
  • Komanda ilə işləmə bacarığının olması.

Oxşar vakansiyalar