Sea Breeze Resort & Residences

Baş Plan üzrə Memar

Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
3629
Tam iş günü
Bakı, Azərbaycan
13/03/2026 - 27/03/2026

İş haqqında məlumat

  • Layihələr üzrə baş plan həllərinin hazırlanması və işlənməsi;
  • Ərazi planlaşdırılması, funksional zonalaşdırma və tikinti parametrlərinin müəyyən edilməsi;
  • Baş plan üzrə konsept və işçi layihələrin hazırlanmasında iştirak;
  • Layihələrin şəhərsalma və tikinti normativlərinə uyğunluğunun təmin edilməsi;
  • Memarlıq, mühəndis və digər layihə bölmələri ilə koordinasiyanın aparılması;
  • Baş plan üzrə sxemlər, planlar və təqdimat materiallarının hazırlanması;
  • Layihə üzrə dəyişikliklərin və düzəlişlərin işlənməsi və layihə sənədlərinə daxil edilməsi;
  • Görülən işlərin uçotunun aparılması və rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

  • İş yeri: Nardaran İnvest MMC, Sea Breeze Resort
  • Şöbə: Baş Plan şöbəsi
  • Departament: Tikinti və Planlama Departamenti

Bizim təminatımız:

  • İş yeri: Sea Breeze Resort, Bakı şəhəri, Nardaran qəsəbəsi;
  • İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən ediləcək;
  • Nahar ilə təmin olunma;
  • Endirimli tibbi xidmət.

Tələblər

  • Memarlıq, şəhərsalma və ya inşaat mühəndisliyi üzrə ali təhsil;
  • Baş plan və ya şəhərsalma layihələri üzrə 1–3 il iş təcrübəsi (üstünlük hesab olunur);
  • Şəhərsalma və tikinti normativləri üzrə biliklər;
  • Memarlıq və layihələndirmə proqramlarında işləmək bacarığı (AutoCAD, Civil 3D, ArchiCAD və s.);
  • Kompüter bacarıqları: MS Office proqramları – yüksək səviyyədə;
  • Azərbaycan və Rus dillərini səlis bilmək;
  • Analitik düşüncə və inkişaf etmiş məkan təfəkkürü;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və stressə davamlılıq;
  • Şəhərsalma və baş plan layihələri üzrə beynəlxalq təcrübə və ya sertifikatlar üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.