Bakı,
Azərbaycan
24.09.2025 11:55
-
24.10.2025 12:00
İş haqqında məlumat
- Tikinti layihələrinin iş planlarının hazırlanması və mütəmadi yenilənməsi;
- Faktiki icra ilə planlaşdırılmış cədvəllərin müqayisəsi, analiz olunması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Layihə gecikmələrinin səbəblərinin araşdırılması, müvafiq tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması;
- Aylıq, həftəlik və gündəlik hesabatların (progress report, s-curve, histogram və s.) hazırlanması;
- Layihə üzrə resurs planlaması və performansın izlənilməsi;
- Podratçıların planlamalarının koordinasiyası və icrasına nəzarət;
- Layihənin kritik yolunun (critical path) müəyyənləşdirilməsi və izlənilməsi;
- İcra planları və dəyişikliklər barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Layihə üzrə təchizat qrafiklərinin hazırlanması.
Tələblər
- İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya oxşar mühəndislik ixtisası üzrə ali təhsil;
- Minimum 5 il tikinti layihələrində planlama üzrə iş təcrübəsi;
- Komandada idarəetmə bacarığı.
- Analitik düşüncə, planlama və təşkilatçılıq bacarığı;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək, ingilis dili biliyi arzuolunandır.
Proqram bilikləri:
- Primavera P6;
- MS Project;
- AutoCAD;
- MS Excel və digər MS Office proqramları.