Army Group

Baş satıcı ( Army Çermet )

Army Group
Ə/h razılaşma ilə
281
Tam iş günü
Bakı, Azərbaycan
25/08/2026 - 25/09/2026

İş haqqında məlumat

  • Şirkət: Army Group MMC

Marketimiz satış proseslərini və mağazadaxili əməliyyatları peşəkar şəkildə idarə edəcək təcrübəli Baş satıcı axtarışındadır.

  Vəzifə öhdəlikləri:

  • 1C proqramında (satış, malların silinməsi, qaytarılması və silinmə əməliyyatları daxil olmaqla) sərbəst  işləmək; gündəlik satış və kassa hesabatlarını hazırlamaq. 
  • Mağazaya daxil olan malların qaimə-faktura üzrə miqdarını, keyfiyyətini və qablaşdırmasını yoxlayaraq təhvil almaq; dövri və ay sonu inventarlaşdırma (sayım) proseslərində aktiv iştirak etmək. 
  • Malların satış zalında təlimatlara uyğun düzülüşünü, qiymət kağızlarının mövcudluğunu və yenilənməsini təmin etmək; son istifadə tarixlərinə nəzarət etmək.
  • Müştəriləri mehriban qarşılamaq, məhsullar haqqında dolğun məlumat vermək, çətin və ya problemli situasiyaları peşəkarlıqla həll etmək.
  • Ünvan: Binəqədi rayonu, Əlyar Əliyev küçəsi 36 ( Bazar store-un baş ofisiynən üzbə- üz)
  • Əmək haqqı:  Müsahibə nəticəsinə əsasən müəyyən edilir
  • Mail: [email protected]
  • Əlaqə nömrəsi: 051-207-27-31

Tələblər

  •  1C proqramı biliyi mütləqdir (1C 8.3  üzrə iş təcrübəsi).
  •   Perakəndə satış (retail) sahəsində Baş satıcı və ya Böyük satıcı kimi minimum 1-3 il iş təcrübəsi.
  •   Mal qəbulu, anbar-mağaza daxili hərəkətlər və sayım prosedurları üzrə dərin biliklər.
  •   Liderlik, komandanı idarəetmə və təşkilatçılıq bacarıqları.
  •   Analitik düşünmə, məsuliyyətlilik, stresə davamlılıq və yüksək ünsiyyət qabiliyyəti.
  •     İşçilər üçün nahar market tərəfindən qarşılanır.