Bakı,
Azərbaycan
17/08/2026
-
31/08/2026
İş haqqında məlumat
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Gündüz növbəsində mağaza əməkdaşlarının işini koordinasiya etmək
- Müştərilərin qarşılanmasını və xidmət standartlarına əməl olunmasını təmin etmək
- Satış prosesinə nəzarət etmək və satış göstəricilərinin artırılmasına dəstək göstərmək
- Kassa əməliyyatlarına və növbə təhvil-təsliminə nəzarət etmək
- Məhsulların qəbulu, rəflərə yerləşdirilməsi və qiymət etiketlərinin yoxlanılmasını təşkil etmək
- Stok qalıqlarına və məhsulların istifadə müddətlərinə nəzarət etmək
- Mağazanın vizual görünüşünün və təmizliyinin qorunmasını təmin etmək
- Günlük satış və əməliyyat hesabatlarını hazırlamaq
Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith Baku mağazası
Əməkhaqqı: Vəzifə və təcrübəyə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Tələblər
- Orta ixtisas və ya ali təhsil
- Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi
- Baş satıcı, növbə rəhbəri və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
- Müştəri xidməti və satış bacarıqları
- Kassa və POS sistemləri ilə işləmək bacarığı
- Komanda ilə işləmək və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis və rus dili biliyi üstünlükdür
- Məsuliyyətli, ünsiyyətcil və operativ olmaq
- Növbəli iş rejimində işləməyə hazır olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun