Bakı,
Azərbaycan
21.06.2025 00:00
-
21.07.2025 00:00
İş haqqında məlumat
PJA MMC-yə Şirniyyat sənətində peşəkarlığı, yaradıcılığı və keyfiyyətə bağlılığı ilə seçilən, ləzzətli və sağlam məhsullar yaratmağa can atan bir Baş Şirniyyatçı axtarırıq! Əgər siz təcrübəli, tədris etmə qabiliyyəti olan və kollektivdə effektiv işləməyi bacaran bir mütəxəssissinizsə, bu fürsəti dəyərləndirin.
- Hazırlanan şirniyyat məhsullarının keyfiyyətli, sağlam olmasını və tələb olunan gigiyenik standartlara tam cavab verməsini təmin etmək;
- Lazım olan ərzaq miqdarını və dəyərini hesablayaraq, onun vaxtında çatdırılmasına və tələb olunan standartlara uyğunluğuna nəzarət etmək;
- Qida təhlükəsizliyi ilə bağlı yaranan problemləri həll etmək, qeydiyyatını aparmaq, gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görmək və bu barədə rəhbərliyi məlumatlandırmaq;
- Ənənəvi və müasir reseptlərə uyğun olaraq şirniyyat məmulatlarını hazırlamaq, təqdimatın nəzərə çarpan olması üçün məmulatların bəzədilməsində müxtəlif vasitələrdən istifadə etmək;
- Un, şəkər və sair kimi şirniyyatların hazırlanmasında istifadə olunan inqrediyentlərə nəzarət etmək və büdcə daxilində onların sifarişini təmin etmək;
- Hazırlanan şirniyyat məmulatlarının çeşidlərinin genişləndirilməsi və yeni şirniyyat növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq;
- Şokolad məhsulları, tortlar, desertlər və digər şirniyyatların hazırlanması və təqdimatında yüksək keyfiyyət standartlarını qorumaq;
- Tələbələrə yüksək keyfiyyətli dərslərin keçirilməsi üçün əvvəlcədən hazırlıqlar görmək və tədris prosesində fəal iştirak etmək;
- Şirkətin müəyyən etdiyi tələbə müvəffəqiyyətinə nail olunması üçün üzərinə düşən məsələləri yüksək səviyyədə yerinə yetirmək;
- Tədris prosesinin təxirə düşməsinin və hər hansı geriləmənin qarşısını almaq məqsədilə, prosesin məzmununun və quruluşunun dəqiq, gözləntilər çərçivəsində olmasını təmin etmək;
- Əməyin təşkilinin əsaslarına, əmək qanunvericiliyinin əsaslarına, daxili əmək intizamı qaydalarına, əməyin mühafizəsinin norma və qaydalarına əməl etmək;
- Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəliklərini, AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra etmək.
Tələblər
- Anoloji mövqedə (Baş Şirniyyatçı) minimum 3 il uğurlu iş təcrübəsi;
- Şirniyyatları, şokolad məhsullarını, tortları, desertləri və digər şirniyyat məmulatlarını hazırlamaq bacarığı;
- Yaradıcılıq və innovativ düşüncə qabiliyyəti;
- Çevik və növbəli iş qrafiki ilə işləmə bacarığı;
- Şirniyyatların və tortların bəzədilmə texnikaları üzrə biliklər (arzuolunandır);
- Komanda idarəetmə və komandada işləmə təcrübəsi;
- Tədris və bilik ötürmə bacarığı;
- Əmək haqqı:
- Müsahibə nəticəsində təyin ediləcək.