İNNOVA İNŞAAT MMC

Baş smetaçı

İNNOVA İNŞAAT MMC
Ə/h razılaşma ilə
2041
Tam iş günü
Bakı, Azərbaycan
10.09.2025 10:41 - 10.10.2025 12:00

İş haqqında məlumat

  • Layihə cizgiləri əsasından təmir tikinti iş həcmləri cədvəlinin tərtib edilməsi və uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.).
  • İş həcmləri cədvəllərin təhlil edilmməsi və tikinti layihələrin risklərini nəzərə alaraq təkmilləşdirilməsi;
  • Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması.
  • Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi.
  • Layihə smeta sənədlərinin dövlət və ya korporativ tələblərə uyğun tərtibatı.
  • Rəqib təkliflərinin maliyyə analizi və qiymətləndirilməsi.
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsinə nəzarət edir və təklif verir;
  • Sənədlərin hazırlanması zamanı mühəndis layihənin həyata keçirilməsi üçün zəruri olan materialları və komponentləri seçir, texniki şərtləri (BOM), kiçik texniki heyət üçün quraşdırma və konfiqurasiya təlimatlarını tərtib edir (BOQ qiymətləndirmə əməliyyatını icra edir );
  • Tikinti layihələrində texnika və material sərfiyyat cədvəllərinin tərtib edilməsi;
  • Tikinti təkliflərin təqdim edilməsində iş həcmlərin yoxlanılması və təsdiq edilməsi;
  • İcra edilmiş / görülən işlərin təhvil təslim aktların (Forma-2) tərtib edilməsi;
  • Tender prosesinə başlamaq üçün büdcə, iş həcmləri və iş paketi üzrə müvafiq məsul şəxslərdən Xərclərə nəzarət üzrə Menecerdən, Layihə rəhbərlərindən və İnşaat direktorundan təsdiqlərin alınması
  • İş vahidin qiymət analizlərinin hesablanması, 1m²/1m³ üzrə layihə dəyərinin prognozlarının hazırlanması ;
  • Layihələrin icrası zamanı inşaat sahəsinə mütamadi baxışların keçirilməsi, smeta/büccəyə uyğunluq üzrə nəzarətin edilməsi ;
  • MEP layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Rəhbərin digər tapşırıqlarını yerinə yetirmək.

İş haqqında məlumat:

  • Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: Həftəlik 6 iş günü (şənbə günü qısa iş günü);
  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pros.77;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Smetaçı yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Tələblər

  • Sərbəst Azərbaycan dili, Rus dili (arzu olunandır);
  • MS Office, AutoCAD, 1C, Resurs smeta və digər profil proqramlarını sərbəst bilməli;
  • Minimum 3 il müvafiq sahədə əmək fəaliyyəti olmalı ;
  • Texniki ali təhsil (Tikinti üzrə arzu olunandır);
  • Qüvvədə olan smeta hesablama qaydaları, tikinti normativləri və metodiki göstərişləri mükəmməl bilməli;
  • Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  • Komandada işləmək bacarığına sahib olmalıdır.


Oxşar vakansiyalar