AZFEN MMC

Baş tikinti mühəndisi (metal konstruksiya üzrə)

AZFEN MMC
Ə/h razılaşma ilə
300
Tam iş günü
Bakı, Azərbaycan
04.07.2025 23:07 - 04.08.2025 12:00

İş haqqında məlumat

  • Müvəqqəti konstruksiyalar və ağır yükqaldırma əməliyyatları üzrə sahə tikinti fəaliyyətlərinə texniki/mühəndislik dəstəyi göstərmək;
  • Bütün layihə və hesablamaların şirkət tələblərinə və müvafiq prosedurlara uyğunluğunu yoxlamaq və təmin etmək;
  • Hazırlanan sənədlərin (deliverables) müvafiq prosedurlara və təhlükəsizlik qaydalarına uyğunluğunu yoxlamaq və təmin etmək;
  • Tikinti və mühəndislik komandası ilə sıx əməkdaşlıqda işləmək.

Tələblər

  • Mülki / Konstruktiv / Mexaniki mühəndislik sahəsində ali təhsil;
  • İngilis dilində yaxşı ünsiyyət bacarıqları;
  • Beynəlxalq dizayn standartları ilə tanışlıq (AISC, ASCE 7, API RP2A);
  • Beynəlxalq yükqaldırma və rigging əməliyyat standartları ilə tanışlıq (BS 7121, Loler 1998, BS EN 13414-3);
  • SAP2000 və ya STAAD Pro proqramlarında təcrübə (üstünlükdür);
  • Offshore yükləmə, daşınma və quraşdırma üzrə müvafiq təcrübə;
  • Minimum 10 il struktur dizayn və mühəndislik təcrübəsi;
  • İstehsalat obyektlərində qaynaq və tikinti texnikaları üzrə yaxşı anlayış;
  • AutoCAD proqramında 2D çertyoj hazırlama bacarığı;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.


Oxşar vakansiyalar