Bakı,
Azərbaycan
29/01/2026
-
12/02/2026
İş haqqında məlumat
- Dövlət və özəl sektorda İT layihələri ilə bağlı elan olunmuş tenderləri mütəmadi izləmək (etender.gov.az, beynəlxalq portallar və s.);
- Tender şərtlərini, texniki tələbləri və uyğunluq meyarlarını dərinliklə təhlil etmək;
- Risklərin (uyğunluq, müddətlər, təminatlar, cərimələr, SLA və s.) ilkin qiymətləndirilməsini aparmaq;
- Texniki və kommersiya hissələrinin uyğunluğunu təmin etmək (sənədləşmə, format, tələb olunan əlavələr);
- Təchizatçı bazasının formalaşdırılması: yeni vendorların tapılması, pre-qualification (qısa yoxlama), müqayisə matrislərinin hazırlanması;
- Potensial yerli və beynəlxalq partnyorların müəyyən olunması və ilkin qiymətləndirilməsi;
- Qiymət təkliflərinin toplanması (RFQ), qiymət müqayisəsi, “should-cost” və ya “fair price” qiymətləndirməsinin aparılması;
- Yerli və xarici təchizatçılarla ilkin qiymət danışıqları aparmaq və təklif toplamaq;
- Rəqib İT şirkətlərinin fəaliyyətlərini, əvvəlki tender nəticələrini və bazar paylarını təhlil etmək;
- Uğurlu və uğursuz tender nəticələri üzrə səbəb analizlərini (win/loss analysis) təqdim etmək;
- Aylıq və rüblük bazar araşdırma hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
- Ali təhsil (İT, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- İT məhsul və xidmətləri sahəsində bazar bilikləri;
- Dövlət və ya beynəlxalq tenderlər sahəsində minimum 2 illik təcrübə;
- Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük,təşəbbüskarlıq, çeviklik, problem həlletmə,analitik düşünmə bacarıqları;
- ERP və elektron satınalma platformalarında işləmə bacarığı;
- MS Office proqramlarında yaxşı səviyyədə istifadəçi bacarığı (xüsusilə Excel);
- Azərbaycan dili mükəmməl, Ingilis vəya rus dili orta.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.