hrin.az
Reklam
AZIN Technology

Bazar araşdırması üzrə mütəxəssis

AZIN Technology

Əmək haqqı: Razılaşma

2696812 noyabr 2026
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş21-35
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Bazar Araşdırması və Qiymət Analizi üzrə Mütəxəssis

Şirkət: Azin Technology MMC

İş yeri: Binəqədi rayonu, Pasyolka Kirov

İş qrafiki: 09:00–18:00

Yaş həddi: 21–35

Əməkhaqqı: Müsahibə əsasında, namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.

Əsas vəzifə və öhdəliklər

  1. Təchizat şöbəsindən təqdim olunan məhsul siyahıları və alış qiymətləri əsasında bazar araşdırmalarının aparılması;

  2. Məhsulların bazardakı satış qiymətlərinin və rəqib şirkətlərin təkliflərinin araşdırılması;

  3. Təchizatçılar və rəqib şirkətlər üzrə qiymət müqayisələrinin aparılması;

  4. Alış və bazar qiymətlərinin müqayisəsi əsasında ətraflı qiymət təhlilinin hazırlanması;

  5. Məhsullar üzrə optimal satış qiymətlərinə dair təkliflərin hazırlanması;

  6. Bazar tendensiyalarının və rəqabət mühitinin mütəmadi izlənilməsi;

  7. İnternet resursları və müxtəlif platformalar vasitəsilə bazar məlumatlarının toplanması və sistemləşdirilməsi;

  8. Satış şöbəsinin aktual bazar məlumatları və analitik hesabatlarla təmin edilməsi;

  9. Bazar araşdırması və qiymət təhlili nəticələrinin müvafiq hesabatlar şəklində təqdim edilməsi.

Namizədə dair tələblər

  1. İqtisadiyyat, Maliyyə, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;

  2. Bazar araşdırması, qiymət analizi, satınalma və ya təchizat sahəsində 0–6 ay iş təcrübəsi;

  3. Təchizatçılar və rəqib şirkətlərlə qiymət müqayisəsi sahəsində təcrübə üstünlükdür;

  4. Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;

  5. Böyük həcmli məlumatların təhlili və sistemləşdirilməsi bacarığı;

  6. Bazar araşdırması və rəqabət təhlili metodları üzrə biliklər;

  7. ERP və digər müəssisə idarəetmə sistemləri ilə işləmək təcrübəsi üstünlükdür.

İş şəraiti

  • Stabil iş qrafiki;

  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.

Reklam