Iris Hotel Baku

Bellboy

Iris Hotel Baku
550 ₼
150
Tam iş günü
Bakı, Azərbaycan
05/08/2026 - 19/08/2026

İş haqqında məlumat

  • Qonaqları nəzakətlə qarşılamaq, onların baqajlarını təhlükəsiz şəkildə qəbul etmək və otaqlarına çatdırmaq;
  • Qonaqları otaqlara müşayiət etmək, otelin əsas xidmətləri və imkanları barədə qısa məlumat vermək;
  • Qonaqların baqajlarının saxlanılması və daşınmasını müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək;
  • Qonaqların sorğularını operativ şəkildə cavablandırmaq və ehtiyac olduqda müvafiq şöbələrə yönləndirmək;
  • Otelin giriş hissəsində nizam-intizamı qorumaq, qonaqların rahatlığını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Iris Hotel Baku
  • İş qrafiki: 8 saat
  • Əmək haqqı: 550 AZN

Tələblər

  • Yüksək ünsiyyət bacarıqları və nəzakətli davranış;
  • Səliqəli xarici görünüş və təqdimat bacarığı;
  • Fiziki cəhətdən aktiv olmaq və baqajların daşınmasını yerinə yetirmək bacarığı;
  • Komandada işləmək və stresli vəziyyətlərdə operativ qərar vermək bacarığı;
  • İngilis dilini ünsiyyət səviyyəsində bilmək mütləqdir, rus dilini bilmək isə üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun