Bakı,
Azərbaycan
11.09.2025 10:22
-
11.10.2025 12:00
İş haqqında məlumat
- İstehsalata başlamadan öncə zavoda ümumi baxış keçirmək və qurğuların işlək vəziyyətdə olmasına əmin olmaq;
- Baxış zamanı qurğuların detallarında hər hansı nasazlıq və ya zədələnmə aşkar edildikdə dərhal operatora və ya mexanki şöbəyə məlumat verərək;
- Avadanlıqlarda aşkar edilmiş problemlərin aradan qaldırılmasında iştirak etmək;
- Beton istehsalat qurğularının əsas hissələrinin (beton qarışdırıcının, konveyerin, və s.) təmizlənməsini, yağlanılmasını həyata keçirmək və texniki yoxlanılmasında iştirak etmək;
- Qurğuların fasiləsiz işləməsini təmin etmək məqsədilə əhəmiyyətli hissələrinin(sensorlar, kəmərlər və s.) işlək vəziyyətdə olmasına daimi nəzarət etmək;
- İstehsalat prosesi zamanı qurğularda baş verə biləcək mexaniki nasazlığın aradan qaldırılmasında texniki heyətə dəstək göstərmək;
- Avtobetonqarışdıran nəqliyyat vasitələrinin qurğulara düzgün yanaşmasını və dolum prosesi bitdikdən sonra çıxışını təhlükəsiz şəkildə təmin etmək;
- İstehsal prosesi başa çatdıqdan sonra xammal itkilərinin minimuma endirilməsi məqsədilə əraziyə tökülmüş materialların yenidən toplanaraq müvafiq anbarlara boşaldılmasını icra etmək;
- Zavod daxilində texniki proseslərin təhlükəsiz şəkildə davam etməsi üçün komandadakı digər əməkdaşlarla əməkdaşlıq etmək;
- İş zamanı şəxsi təhlükəsizlik və ətrafdakıların təhlükəsizliyini təmin etmək üçün bütün təhlükəsizlik qaydalarına riayət etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
- İş yeri: Balaxanıda yerləşən Beton zavodu.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Orta və ya orta texniki təhsil;
- Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Beton istehsalatı qurğularının iş prinsiplərini, istehsalat prosesinin mərhələlərini bilmək;
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi;
- Ünsiyyət.