Qarabağ Universiteti

Beynəlxalq münasibətlər ixtisası üzrə müəllim

Qarabağ Universiteti
Ə/h razılaşma ilə
420
Tam iş günü
Bakı, Azərbaycan
04/03/2026 - 18/03/2026

İş haqqında məlumat

Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Beynəlxalq münasibətlər nəzəriyyələri”, “Beynəlxalq təhlükəsizlik”, “Beynəlxalq siyasi iqtisad”, “Xarici siyasət təhlili”, “Siyasi fikir tarixi”, “Cənubi Qafqaz: Qonşuluq münasibətləri və regional geosiyasət”, “Sosial elmlərdə tədqiqat metodları” istiqamətləri üzrə müəllim işə qəbul elan edir. 

İşin təsviri:

  • Dərs yükünə uyğun fənlərin tədrisi;
  • Fənn sillabuslarının hazırlanması; 
  • Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;
  • Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
  • Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
  • Tədris prosesindən əlavə fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.

Təklif etdiyimiz üstünlüklər:  

  • Rəqabətədavamlı əməkhaqqı
  • Elmi-tədqiqat mühiti 
  • Xankəndidə mənzillə təminat
  • Akademik inkişaf imkanları
  • Ekoloji təmiz və yaşıl şəhər

Tələblər

  • Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
  • Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları üçün müvafiq  tələb istisna edilə bilər);
  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
  • İngilis dili üzrə minimum C1 səviyyəsi; 
  • Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
  • Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
  • Yüksək kommunikasiya bacarığı;
  • Liderlik və idarəetmə bacarıqları.

Qeyd: Bütün fənlər ingilis dilində tədris olunacaq.

Tələb olunan sənədlər:

  • CV (ingilis dilində);
  • Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
  • Dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
  • Motivasiya məktubu (maksimum 500 söz).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar