Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis (Rus – İngilis dili)
Liv Bona Dea Hospital
Ə/h razılaşma ilə
384
Tam iş günü
Bakı,
Azərbaycan
30/04/2026
-
14/05/2026
İş haqqında məlumat
- Beynəlxalq xəstə axınının təmin olunmasına dəstək göstərilməsi.
- Müraciət edən xəstələrlə əlaqə saxlayaraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırmanın təmin olunması.
- Əməliyyat zamanı və əməliyyatdan sonra xəstələrlə maraqlanıb onların təqib olunması. Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə aid maliyyə proseslərinin təqib olunması.
- Cavabdeh olduğu xəstələrin xəstəxana və oteldə yerləşdirilməsi zamanı onlarla maraqlanması və ya şifahi tərcümə ilə bağlı dəstək göstərilməsi.
- Lazımi hallarda müəssisə daxilində tərcümə işləri ilə məşğul olacaq.
- Sosial media, whatsapp, telefon və e-poçt mühitində iş tərəfdaşları, xəstələrlə ünsiyyətdə olacaq.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına, təcrübəsinə əsasən təyin olunacaq.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Tələblər
- Ali təhsilli, rus və ingilis dilini səlis bilən, tibb sahəsində təcrübəsi olan və ya bu sahədə təhsil almış. Dil bacarıqlarından səlis istifadə etmək və əlavə dil biliklərinə malik olmaq üstünlükdür.
- Təqdimat, təmsil etmə və inandırma bacarıqları inkişaf etmiş, sürətli və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarını bilən.
- Uzunmüddətli əməkdaşlıq düşünən namizədlər
- Öyrənməyə və inkişaf etməyə həvəsli
- Xarici pasiyentlərlə işləməyə maraqlı
Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Stresə davamlı.
- Əmək haqqı təcrübəyə, bilik və bacarlqlara əsasən təyin ediləcək
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.