ALCO MMC

Bidon İstehsalı Sexində Operator

ALCO MMC
Ə/h razılaşma ilə
576
Tam iş günü
Sumqayıt, Azərbaycan
03/03/2026 - 17/03/2026

İş haqqında məlumat

Bidon istehsalı sexində operator istehsal xəttinin fasiləsiz və təhlükəsiz işləməsini təmin edir, avadanlıqların düzgün istismarına nəzarət edir və istehsal olunan məhsulun keyfiyyət standartlarına uyğunluğunu yoxlayır. 

Əsas vəzifə öhdəlikləri:

  • Şişirtmə (blow molding) və ya digər istehsal avadanlıqlarının işə salınması və idarə edilməsi
  • Avadanlıqların temperatur, təzyiq və digər texniki parametrlərinin nəzarətdə saxlanılması
  • Xammalın (polimer və s.) düzgün və normaya uyğun istifadəsinin təmin olunması
  • İstehsal olunan bidonların ölçü, forma və keyfiyyət göstəricilərinin yoxlanılması
  • Qüsurlu məhsulların çeşidlənməsi və səbəblərinin müəyyənləşdirilməsi
  • Plan üzrə istehsal həcminin yerinə yetirilməsinin təmin edilməsi
  • Avadanlıqlarda baş verən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat verilməsi
  • Avadanlıqdakı nasazlığın aradan qaldırılması  və avadanlığın saz vəziyyətində saxlanılması
  • İş yerində təmizlik və nizam-intizamın qorunması
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi əməl olunması

Tələblər

  • Orta və ya orta ixtisas təhsili (texniki sahə üstünlükdür)
  • İstehsalat müəssisəsində minimum 1 il iş təcrübəsi (plastik və ya bidon istehsalı sahəsində təcrübə üstünlükdür)
  • Mexaniki və texnoloji avadanlıqlarla işləmə bacarığı
  • Texniki göstəriciləri anlama və nəzarət etmə bacarığı
  • Növbəli iş rejimində işləmək imkanı
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Fiziki cəhətdən sağlam və kollektivlə işləmə bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.