Bakı,
Azərbaycan
01/05/2026
-
15/05/2026
İş haqqında məlumat
- Biotibbi cihazların texniki baxışı, diaqnostikası və proqram təminatının həyata keçirilməsi;
- Laboratoriya və tibbi avadanlıqlara texniki servis xidmətinin göstərilməsi;
- Aşkarlanmış texniki nasazlıqların vaxtında və effektiv şəkildə aradan qaldırılması;
- Texniki sənədləşmənin aparılması və görülən işlər barədə hesabatların hazırlanması;
- Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirilməsi;
- Zərurət yarandığı təqdirdə regionlara və xaricə ezamiyyətlərdə iştirak.
İş şəraiti:
- İş yeri: Bakı
- İş rejimi: 5 günlük (09:00–18:00)
- Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Tələblər
- Ali təhsil (Biotibbi Cihaz Texnologiyaları və ya Elektronika);
- Bu sahədə təcrübəsi olanlara üstünlük verilir;
- Microsoft Office proqramlarında əsas səviyyədə işləmə bacarığı (xüsusilə Word və Excel);
- Xarici dil bilikləri üstünlükdür;
- Komandada işləmək, öyrənməyə açıq olmaq;
- Ünsiyyət bacarıqları, məsuliyyət;
- Yeni bilikləri tez mənimsəmək və sahə üzrə inkişaf etmək istəyi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.