Bakı,
Azərbaycan
29/12/2025
-
12/01/2026
İş haqqında məlumat
- Tornalama işlərini (detalların emalı, yonma, kəsmə, yiv açma və s.) texnoloji xəritə və çertyoj tələblərinə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
- Torna dəzgahını işə hazırlamaq (sazlama, alətlərin düzgün seçilməsi və bərkidilməsi), işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Emal olunan detalların ölçü və keyfiyyət göstəricilərinə nəzarət etmək, ölçmə alətləri ilə (şubler, mikrometr və s.) yoxlama aparmaq;
- İstehsalat təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin etmək və yarana biləcək nasazlıq/insidentlərə operativ reaksiya vermək;
- İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək;
- Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Tələblər
- 25–45 yaş aralığında olmalı
- Müvafiq sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat olmalı;
- Tornaçı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı;
- Torna dəzgahlarında işləmə təcrübəsi olmalı, çertyoj oxumağı və ölçü alətləri (şubler, mikrometr və s.) ilə işləməyi bacarmalı;
- Texnoloji ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik qaydalarına ciddi riayət etməli;
- Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.