Bakı,
Azərbaycan
26.06.2025 21:57
-
26.07.2025 12:00
İş haqqında məlumat
- Satışlar, ehtiyatlar və promo mexanizmlərinin istifadəsinə dair gündəlik və həftəlik hesabatların hazırlanması;
- Bütün satış kanallarında çek və sorğuların məlumatlarının düzgünlüyünün yoxlanılması;
- Sorğularda, qarışıqlıq və digər sənədlərdəki səhvlərin tapılması və düzəldilməsi;
- Bütün istiqamətlərdə satış və aksiyaların effektivliyinin hesablanması;
- İşçilərin əmək haqqı hesabatlarının faktiki iş saatlarına əsasən hazırlanması;
- CRM və İMS məlumatlarının qarşılaşdırılması və uyğunsuzluqların aşkar edilərək aradan qaldırılması;
- Ay sonu hesabatlarının hazırlanması;
- Biznes tələbinə uyğun yeni hesabat formatlarının işlənib hazırlanması və tətbiqi;
- Excel, Power Query və Power BI vasitəsilə hesabatların və iş proseslərinin avtomatlaşdırılması;
- Rəhbərlik və layihə komandası sorğularına operativ analitik məlumatların təqdim edilməsi;
- Əmək haqqı: 1000 azn + bonus;
- Karyera inkişafı imkanı;
- Ofisdə 5/2 iş rejimi, saat 09:00-dan 18:00-dək.
Tələblər
- Data analitiki kimi ən azı 1 il iş təcrübəsi;
- Pərakəndə satış prosesləri, promo mexanizmləri və ehtiyatların uçotu sahəsində dərin bilik;
- Power BI, Power Query, DAX proqramlarında sərbəst işləmə bacarığı;
- Excel proqramını yüksək səviyyədə bilmək (pivot cədvəllər, formulalar, avtomatlaşdırma daxil olmaqla);
- Proaktivlik: proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təşəbbüskar olmaq;
- Məlumatların toplanması, emalı və analizi;
- Statistik analiz metodlarının tətbiqi;
- Riyazi hesablamaların aparılması;
- Məlumatlarla iş alətlərinin düzgün və effektiv istifadəsi.