Bakı,
Azərbaycan
24.10.2025 04:30
-
24.11.2025 12:00
İş haqqında məlumat
- Bazar araşdırmalarının aparılması və rəqabət analizinin hazırlanması;
- Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Yeni məhsulların bazara çıxışı üçün bazar araşdırmaları və qiymətləndirmə hesabatlarının hazırlanması;
- Rəqəmsal marketinq göstəricilərinin (trafik, CTR, dönüş nisbəti və s.) analizi;
- Qiymət siyasəti, satış hədəfləri və bazar payı üzrə analitik təkliflərin verilməsi;
- Müştəri davranışlarının təhlili və müştəri seqmentasiyası üzrə təkliflərin hazırlanması;
- Rəhbərliyə mütəmadi analitik hesabatların təqdim edilməsi;
- Dərman, qida əlavələri bazarının vəziyyəti, rəqiblərin fəaliyyəti və bazar payı üzrə mütəmadi analizlərin aparılması;
- Satış komandası ilə birgə çalışaraq, satış hədəflərinin müəyyənləşdirilməsi və təqibi.
İş şəraiti:
- İş rejimi: 5 gün (I–V günlər);
- İş saatları: 09:00 – 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsibbəy Yusifbəyli küçəsi.
Təklif olunur:
- Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək);
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Rəsmi əmək müqaviləsi.
Müraciət üçün: CV-nizi “Biznes analitik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Tələblər
- Ali təhsil (marketinq, biznes idarəçiliyi, iqtisadiyyat və ya analitika sahəsində);
- Marketinq və ya biznes analitika sahəsində minimum 2 illik iş təcrübəsi;
- Analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
- Excel, Power BI və ya digər analitik proqramlarla işləmək bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Dərman və ya tibbi məhsullar sektorunda təcrübə üstünlükdür.