MPAY QSC

Biznes Analitik (Biznes məlumatlarının təhlili üzrə mütəxəssis)

MPAY QSC
Ə/h razılaşma ilə
1776
Tam iş günü
Bakı, Azərbaycan
18/02/2026 - 04/03/2026

İş haqqında məlumat

  • Biznes tələblərini hesabatlara və/və ya idarəetmə panellərinə (dashboards) çevirmək;
  • Power BI vasitəsilə (digər vizuallaşdırma alətlərindən də istifadə arzuolunandır) keyfiyyətli hesabat və məlumat vizuallaşdırma həllərini layihələndirmək
  • Müxtəlif statistik metodlardan istifadə edərək məlumatların analiz nəticələrini şərh etmək;
  • Müxtəlif mənbələrdən məlumatların çıxarılması və tədqiqatını idarə etmək;
  • Bazardakı imkanlar, risklər, müxtəlif mövzular və trendlər üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq;
  • Tədqiqat və analiz nəticələrini icra oluna bilən fəaliyyət planlarına çevirmək;
  • Cari biznes strategiyası çərçivəsində tətbiq olunan taktikalar üzrə əsaslandırılmış tövsiyələr və zəruri korreksiyalar təklif etmək;
  • Şirkətin cari performansı barədə müntəzəm biznes analizi hesabatlarını hazırlamaq;
  • Analiz nəticəsində əldə edilmiş tapıntıları və anlayışları biznes rəhbərlərinə və maraqlı tərəflərə şifahi və yazılı formada peşəkar şəkildə təqdim etmək.

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar xərcinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Tələblər

  • İqtisadiyyat, Biznes, Riyaziyyat, Statistika, Maliyyə və əlaqəli sahələr üzrə ali təhsil
  • Böyük həcmli məlumatlarla işləmə bacarığı
  • Baza maliyyə və mühasibatlıq bilikləri;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (İngilis dilini texniki səviyyədə bilməsi mütləqdir.);
  • Güclü MS PowerPoint və MS Excel bacarıqları, hesabat xarakterli təqdimatların hazırlanması təcrübəsi;
  • Detallara qarşı diqqətli və yaradıcı yanaşma;
  • Yüksək Power BI, Python/R bilikləri, digər proqram təminatları və proqramlaşdırma dilləri üstünlükdür.
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi tələb olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.