hrin.az
Reklam
Proxima Tech Solutions

Biznes Analitik / Business Analyst (Internet Banking)

Proxima Tech Solutions

Əmək haqqı: Razılaşma

97023 oktyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYaxşı
TəhsilÜmumi-orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vəzifə öhdəlikləri

  • Bankın mövcud internet bankçılıq xidmətinin funksional və texniki baxımdan ətraflı təhlilini aparmaq.
  • Mövcud internet bankçılıq xidmətində istifadə olunan servisləri, onların iş prinsiplərini, asılılıqlarını və inteqrasiya mexanizmlərini araşdırmaq.
  • Servislərə göndərilən sorğuların (request) strukturunu, tələb olunan input parametrlərini, məlumat formatlarını və cavabların (response) strukturunu təhlil etmək.
  • Servislərin uğurlu icrası zamanı əldə edilən request və response nümunələrini toplamaq, təhlil etmək və texniki sənədləşdirməsini həyata keçirmək.
  • Servislərin funksional davranışını, biznes məntiqini, məlumat axınlarını və mümkün xəta ssenarilərini müəyyənləşdirmək və sənədləşdirmək.
  • Mövcud internet bankçılıq xidmətinin təhlili əsasında yenilənəcək sistem üçün funksional tələbləri və texniki spesifikasiyaları hazırlamaq.
  • Yeni internet bankçılıq xidmətinin hazırlanması prosesində biznes, texniki və proqram təminatının hazırlanması komandaları arasında koordinasiyanı təmin etmək.
  • Hazırlanmış funksionallıqlar üzrə test ssenarilərini və test case-ləri tərtib etmək, funksional testləri icra etmək.
  • Sistemin gözlənilən nəticələrə uyğun işləməsini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqları və xətaları sənədləşdirmək.
  • Aşkar edilmiş problemləri aidiyyəti üzrə texniki komandalara yönləndirmək, onların aradan qaldırılmasını izləmək və təkrar testləri həyata keçirmək.
  • Funksional tələblərin, texniki sənədlərin və test nəticələrinin aktuallığını təmin etmək, zəruri hallarda sənədləri yeniləmək.
  • Yeni sistemin funksionallıqlarının mövcud sistemin biznes məntiqinə və bankın daxili tələblərinə uyğunluğunu yoxlamaq.

İlkin mərhələdə hazırlanacaq aşağıdakı funksionallıqlar üzrə tələblərin təhlilini və test prosesini həyata keçirmək:

  • Login və autentifikasiya
  • Hesabların görüntülənməsi və izlənilməsi
  • Pul köçürmələri (transferlər)
  • Əməliyyatların təsdiqlənməsi

Əsas tələb olunan bilik və bacarıqlar

  • Biznes analizi və funksional tələblərin hazırlanması üzrə biliklər.
  • REST API və HTTP protokolları, request/response strukturları ilə işləmək bacarığı.
  • JSON və XML məlumat formatları üzrə biliklər.
  • Postman və ya oxşar API test alətlərindən istifadə təcrübəsi.
  • API sənədləşdirilməsi və texniki spesifikasiyaların hazırlanması bacarığı.
  • Test ssenarilərinin və test case-lərin hazırlanması, funksional testlərin icrası üzrə biliklər.
  • SQL və verilənlər bazası sorğuları üzrə biliklərin olması üstünlükdür.
  • Bank məhsulları, internet bankçılıq və maliyyə əməliyyatları üzrə təcrübə üstünlükdür.
  • Analitik düşünmə, detallara diqqət və texniki komandalarla effektiv kommunikasiya bacarığı.

 

Reklam