Bakı,
Azərbaycan
15/10/2026
-
29/10/2026
İş haqqında məlumat
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü
İşəgötürən: İstehsalat və satış şirkəti
Vəzifə öhdəlikləri
- Biznes inkişafı üzrə menecerə gündəlik işlərin təşkilində və idarə edilməsində dəstək göstərmək;
- Bazar araşdırmalarının aparılmasında, yeni müştəri və biznes imkanlarının müəyyən edilməsində iştirak etmək;
- Müştərilər, tərəfdaşlar və potensial biznes əlaqələri ilə ünsiyyət qurmaq;
- Kommersiya təkliflərinin, hesabatların, təqdimatların və digər işgüzar sənədlərin hazırlanmasında iştirak etmək;
- Microsoft Excel vasitəsilə məlumatların işlənməsi, təhlili, cədvəllərin və hesabatların hazırlanmasını həyata keçirmək;
- Satış göstəricilərini, sifarişləri və digər biznes məlumatlarını izləmək və sistemləşdirmək;
- Görüşlərin, danışıqların və işgüzar səfərlərin təşkilinə dəstək olmaq;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
- Cins: kişi
- Ali təhsil;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusilə Microsoft Excel);
- Excel-də düsturlar, funksiyalar, PivotTable və məlumatların təhlili ilə işləmək bacarığı;
- Word və PowerPoint proqramlarında sərbəst işləmək, Outlook və digər MS Office alətlərindən istifadə etmək bacarığı;
- Şəxsi avtomobilin olması mütləqdir;
- Sürücülük vəsiqəsinin olması və avtomobili aktiv idarə etmək bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət;
- Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Operativlik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
- Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür.
Şirkət təklif edir
- Rəqabətədavamlı əməkhaqqı;
- İş nəticələrinə uyğun inkişaf və karyera imkanları;
- Peşəkar komandada iş təcrübəsi;
- Vəzifə üzrə bilik və bacarıqların inkişaf etdirilməsi.