Bakı,
Azərbaycan
12/01/2026
-
26/01/2026
İş haqqında məlumat
- Mövcud biznes proseslərini izləmək, təhlil etmək və sənədləşdirmək;
- Proseslərdə boşluqları, səhvləri, təkrarlanmaları müəyyən etmək;
- Prosesləri təhlil etmək və riskləri aşkar etmək;
- Prosesləri vizual şəkildə təqdim etmək (proses axın diaqramları, sxemlər);
- Proseslərlə əlaqəli riskləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
- Uyğunluğun qiymətləndirilməsi məqsədilə biznes proseslərinin vaxtında icmalını aparmaq;
- Proses sənədlərinin, reyestrlərin və qeydlərin düzgün və dəqiq şəkildə aparılmasını təmin etmək;
- Maraqlı tərəflər və komanda yoldaşları ilə əməkdaşlıq etmək;
- Tapşırıqların vaxtında icrasını təmin etmək.
Tələblər
Texniki bacarıqlar:
- Risk və Biznes proseslərində bir ildən iki ilədək təcrübə
- Maliyyə, İqtisadiyyat, Biznes və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi;
- Azərbaycan və İngilis dillərini şifahi və yazılı şəkildə çox yaxşı səviyyədə bilmək; güclü Rus dili üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- MS Word proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Güclü yazılı ünsiyyət bacarıqları (səhvsiz və dəqiq yazı);
- Dinləmək, müzakirələri qeydə almaq və strukturlaşdırılmış qeydlər hazırlamaq bacarığı;
- Güclü proses vizuallaşdırma bacarıqları; Microsoft Visio proqramı üzrə təcrübə üstünlükdür;
- ISO 9001 üzrə bilik və ya təcrübə üstünlükdür;
- Kibertəhlükəsizlik, İT, Tikinti və ya Satınalma sahələrində təcrübə və ya güclü bilik üstünlükdür.
Şəxsi bacarıqlar (Soft Skills):
- Güclü ünsiyyət və maraqlı tərəflərlə işləmə bacarıqları;
- Vaxtın idarə edilməsi və son tarixlərə riayət etmək bacarığı;
- Detallara yüksək diqqət və məlumatlarla strukturlaşdırılmış şəkildə işləmə bacarığı;
- Təşəbbüskarlıq, motivasiya və proseslərin təkmilləşdirilməsinə maraq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.