AzerGold CJSC

Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi şöbəsi / ÇİRES-in Keyfiyyətə nəzarət və laboratoriya bölməsi / Bölmə rəhbəri

AzerGold CJSC
Ə/h razılaşma ilə
186
Tam iş günü
Bakı, Azərbaycan
16/10/2026 - 30/10/2026

İş haqqında məlumat

  • Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və nəzarət etmək;
  • Məhsulun hazırlanma prosesində istifadə olunan xammal və kimyəvi maddələrin keyfiyyət göstərcilərinin formalaşmasını təmin etmək;
  • Xammal və kimyəvi maddələrin norma və tələbləri uyğun yoxlanılmasını təşkil etmək və daimi nəzarətdə saxlamaq
  • Keyfiyyətə nəzarət sahəsinə uyğun olaraq İstehsalda tətbiq edilən prosedurlar üzrə sənədləşməyə nəzarət etmək;
  • Keyfiyyəti idarəetmə sisteminin müvafiq mərhələlərində iştirak etmək və təkliflər vermək;
  • Laboratoriyanın fəaliyyəti üzrə podratçı şirkətlə bağlanmış müqavilə tələblərini izlənilməsi və tələblərin təşkil edilməsi;
  • Labotaoriyanın auditlərini təşkil etmək və audit hesabatını təqdim etmək;
  • Laboratoriyada aparılan analizlərə nəzarətin təşkil edilməsi;
  • Keyfiyyətə nəzarət və laboratoriya aid daxili sənədlərin vaxtında və keyfiyyətli hazırlanmasını təmin etmək;
  • İstehsal prosesinin effektivliyini və səmərəliliyini artırmaq üçün təhlillər aparmaq və təkliflər vermək;
  • Laboratoriyda aparılan sınaq və analiz proseslərini yoxlanılmasını təşkil etmək;
  • Keyfiyyət xəritəsini formalaşdırmasında iştirak etmək;
  • Keyfiyyətə nəzarət nöqtələri (KNN) təyin etmək və nəzarəti təşkil etmək;
  • Keyfiyyətə nəzarət sahəsi üzrə yoxlama və auditlər təşkil etmək:
  • Pest control , gigiyena, qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinə nəzarət
  • Cəmiyyətin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin etmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək;
  • Əmək intizamına və Cəmiyyətdaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələblər

  • Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı tələb olunur
  • İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları;
  • Vəzifə səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair menecment sisteminin (ISO 37001:2016) tələbləri.
  • İdarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi;
  • Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini;
  • İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması.  

Dil bilikləri

  • Azərbaycan dili - səlis;  
  • İngilis dili - yaxşı;   
  • Rus dili - yaxşı

Kompüter bilikləri

Tələb olunan təhsil:

  • Ali təhsul (İdarəetmə, standartlaşdırma, dağ-mədən və ya laboratoriya fəaliyyəti üzrə hər hansı biri )

Tələb olunan iş təcrübəsi:

  • Keyfiyyətə nəzarət və Laboratoriya sahəsi üzrə 3 il,
  • İdarəetmə təcrübəsi- ən azı 1 il

İş qrafiki:

  • İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Oxşar vakansiyalar