Bakı,
Azərbaycan
24/12/2025
-
07/01/2026
İş haqqında məlumat
- Şirkətin illik və layihə əsaslı büdcələrinin hazırlanmasında iştirak etmək, struktur rəhbərləri ilə koordinasiyada büdcə proqnozlarını toplamaq və sistemə daxil etmək.
- Faktiki maliyyə göstəricilərini büdcə ilə müqayisə edərək aylıq və rüblük analizlər aparmaq, sapmaların səbəblərini təhlil edərək rəhbərliyə izahlı hesabatlar təqdim etmək.
- Layihə smetalarının tərtibində iştirak edərək həcmləri və xərcləri oxşar layihələrlə müqayisə etmək, uyğunsuzluqları araşdırmaq və əsaslandırılmış suallarla büdcənin real əsaslara söykənməsini təmin etmək.
- Büdcə və smeta sənədlərinin tərtibi zamanı təqdim olunan məlumatlara əsaslanaraq smetaların reala uyğunluğunu qiymətləndirmək və irad bildirmək.
- İnşaat prosesi başlandıqdan sonra layihə üzrə təsdiq edilmiş büdcə və smeta ilə faktiki xərclərin dövri müqayisəsini aparmaq və səmərəliliyi təhlil etmək.
- CAPEX və OPEX üzrə planlaşdırılan və faktiki xərclərə nəzarət etmək, qənaət imkanlarını müəyyənləşdirmək.
- Beynəlxalq maliyyə hesabat standartlarına (IFRS) və yerli qanunvericiliyə uyğun olaraq uçotun düzgün qurulmasını təmin etmək, müxabirləşmələrin və qeydiyyatların doğruluğunu yoxlamaq.
- Mühasibat uçotu prosesində birbaşa iştirak etmək, uçot sistemində qeydiyyatların hesablar planına uyğunluğunu və analitik strukturların düzgün qurulmasını təmin etmək.
- ERP və BI alətlərindən istifadə etməklə (Power BI və s.) rəhbərlik üçün vizual hesabatlar və interaktiv dashboard-lar hazırlamaq.
- Audit və daxili nəzarət proseslərində iştirak etmək, tələb olunan məlumat və hesabatların vaxtında və dəqiq şəkildə təqdim olunmasını təmin etmək.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftə içi)
- Nahar: Təmin edilir
- Rəqabətli əmək haqqı və mükafat sistemi.
- Peşəkar inkişaf imkanları və təlim proqramları.
- Müasir iş mühiti və layihələrdə iştirak.
Tələblər
- Ali təhsil – Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Olunması, Mühasibatlıq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
- Magistr dərəcəsi üstünlükdür, beynəlxalq peşəkar maliyyə təhsili (məs. ACCA üzrə minimum F3-F7 mərhələlər) üstünlükdür
- 2–3 il maliyyə təhlili, büdcə planlaması, biznes analitikası və ya maliyyə uçotu sahəsində təcrübə
- Layihə əsaslı mühit və ya orta/böyük müəssisədə təcrübə üstünlükdür
- Excel-də qabaqcıl səviyyə: VLOOKUP, SUMIFS, Pivot Table, Dashboard
- PowerPoint ilə analitik təqdimat hazırlamaq bacarığı
- Power BI və ya Google Data Studio (arzuolunandır, lakin şərt deyil)
- SAP, Logo sistemlərində əsas anlayışlar
- Büdcə planlaması və xərclərin təhlilini aparmaq
- Gəlir və xərclər üzrə səmərəlilik (ROI, rentabellik) hesabatları hazırlamaq, layihə bazlı uçot qurmaq
- Müxtəlif struktur bölmələrlə məlumat toplamaq və təqdimatlar hazırlamaq
- İdarəçilər üçün izahlı və qərar dəstəkləyici sənədlər hazırlamaq
- Mühasibat uçotunun düzgünlüyünə nəzarət etmək – beynəlxalq maliyyə standartlarına uyğunluq
- Müxabirləşmələrin düzgün aparılmasını və hesablar planına uyğun qeydiyyatın təmin olunmasını izləmək
- Maliyyə hesabatlarının ilkin təhlili və uçotla plan arasındakı fərqlərin təhlili
- Azərbaycan dili – səlis
- İngilis dili – hesabatları oxuma və başa düşmə səviyyəsində
- Rus dili – üstünlükdür, lakin tələb olunmur
- Analitik düşüncə və detallara diqqət
- Məsuliyyətli və nəticə yönümlü yanaşma
- Komanda ilə işləmə və kommunikasiya bacarığı
- Paralel və çoxtapşırıqlı iş mühitində çevik fəaliyyət
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.