Biznes və Məhsul analitiki üzrə baş mütəxəssis
Bakinity Distribution MMC
Ə/h razılaşma ilə
351
Tam iş günü
Bakı,
Azərbaycan
02/10/2026
-
16/10/2026
İş haqqında məlumat
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
İşin təsviri:
- Müştəri, istifadəçi və aidiyyəti struktur bölmələrin biznes ehtiyaclarının müəyyənləşdirilməsi, təhlili, prioritetləşdirilməsi və sənədləşdirilməsi, biznes problemi, istifadəçi ehtiyacları, məhsul məqsədləri və uğur meyarlarının formalaşdırılması.
- Məhsul və həll konsepsiyasının formalaşdırılması, əhatə dairəsi (Scope), MVP (Minimum Viable Product), əsas funksionallıqlar, biznes qaydaları, istifadəçi rolları, məhdudiyyətlər və asılılıqların müəyyənləşdirilməsi.
- Mövcud biznes proseslərinin (AS-IS) təhlil edilməsi, problemlər və səmərəsizliklərin müəyyənləşdirilməsi, hədəf proseslərin (TO-BE) modelləşdirilməsi və optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
- Biznes, funksional və qeyri-funksional tələblərin, User Story, Use Case, Acceptance Criteria, biznes qaydaları və digər analitik sənədlərin hazırlanması, razılaşdırılması və aktuallığının təmin edilməsi.
- BRD, SRS və digər tələb və analiz sənədlərinin hazırlanması, struktur və versiyalarının idarə edilməsi, dəyişikliklərə uyğun yenilənməsi.
- Product Roadmap və Product Backlog-un formalaşdırılmasında iştirak edilməsi, backlog elementlərinin hazırlanması, prioritetləşdirilməsi və inkişaf planlarına uyğunlaşdırılması.
- Proqram təminatının işlənməsi və sınağı zamanı biznes və funksional tələblərlə bağlı sualların cavablandırılması, qeyri-müəyyənliklərin aradan qaldırılması və qəbul edilmiş qərarların sənədləşdirilməsi.
- Biznes və məhsul analitikası üzrə sənədləşmə, tələblərin idarə edilməsi və analiz standartlarının təkmilləşdirilməsi, vahid metodologiyanın tətbiqinin dəstəklənməsi və biznes analitiklərinə metodoloji dəstəyin göstərilməsi.
Tələblər
- İnformasiya texnologiyaları, biznesin idarə edilməsi, iqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil.
- İT sahəsində biznes və məhsul analitiki kimi minimum 3 (üç) il iş təcrübəsi.
- Güclü analitik düşünmə və problem həlletmə bacarıqları.
- BPMN, UML kimi proses modelləşdirmə notasiyaları üzrə biliklər.
- Agile, Scrum, Kanban və ya digər çevik layihə idarəetmə metodologiyaları üzrə təcrübə.
- SQL sorğuları və API-lərlə (REST/JSON) işləmək bacarığı.
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları.
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı.
- Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi əlavə üstünlükdür).
Əlavə məlumat:
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
- İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
- Vakansiya növü: tam ştat.
- İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar:
- Push30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- Texnologiyalar parkının rezidenti olaraq tətbiq edilən vergi güzəştləri.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.