Bakı,
Azərbaycan
15.10.2025 05:35
-
15.11.2025 12:00
İş haqqında məlumat
- Nazirlər Kabinetinin 2023-cü il 17 iyul tarixli 229 nömrəli Qərarı və "ISO 22301:2019 - Security and resilience" standartının tələblərinə uyğun olaraq, şirkətin Biznes Davamlılığının İdarə Edilməsi Sistemini və ondan irəli gələn fəaliyyətləri icra etmək;
- Kəsintisiz xidmət göstərilməsinin təmin edilməsi məqsədilə siyasətlər, prosedurlar və ən uğurlu praktikalar əsasında telekommunikasiya sahəsinin davamlılığı ilə bağlı standartlar və qaydalara riayət olunmasına nəzarət etmək;
- Biznesin Davamlılığının İdarə Edilməsi Sistemini tənzimləmək və şirkətin biznesin davamlılığına yanaşmasını istiqamətləndirmək üçün Biznesin Davamlılığı Siyasətini hazırlamaq və təsis etmək;
- Şirkət tərəfindən təqdim olunan kritik xidmətləri və onların RTO, RPO, MTPD və MBCO dəyərlərini müəyyən etmək üçün müvafiq yanaşma tətbiq etməklə Biznes Təsir Analizi prosesini icra etmək;
- Şirkətin biznesin davamlılığı risklərini müəyyən etmək, təhlil etmək və qiymətləndirmək məqsədilə Risklərin Qiymətləndirilməsi prosesini icra etmək;
- Şirkətin kritik xidmətləri ilə bağlı bərpa tədbirlərinin həyata keçirilməsi metodologiyasını əks etdirən Biznes Davamlılığı Strategiyasını hazırlanması və həyata keçirilməsi prosesini icra etmək;
- Əməliyyat, reputasiya və maliyyə təsirlərini minimuma endirmək, biznes dayanmaları zamanı, öncəsində və sonrasında kritik biznes xidmətlərinin davamlılığını təmin etmək məqsədilə Biznesin Davamlılığı Planlarının hazırlanması prosesini icra etmək;
- Mövcud sistemlərin texniki nasazlıqları nəticəsində şirkətin İT və texniki əməliyyatlarını əvvəlcədən müəyyən edilmiş səviyyəyə bərpa etmək məqsədilə Qəza Bərpa Planlarının hazırlanması prosesini icra etmək;
- Əks cavab tədbir strategiyalarını gücləndirmək və real zaman ssenarilərində təkmilləşdirmə sahələrini müəyyən etməklə, biznes dayanmaları və böhran zamanı şirkətin hazırlığını təmin etmək məqsədilə Biznes Davamlılığı testlərini təşkil və prosesə nəzarət etmək;
- Şirkətin İT və Şəbəkə avadanlıqları ilə bağlı məlumatları toplayaraq topologiyalar və axın sxemləri yaratmaq;
- Şirkətdə Mülki Müdafiə işini təşkil etmək və qanunvericiliyin tələblərinə uyğun olaraq prosesi icra etmək;
- Şirkətin illik Mülki Müdafiə tədbirlər planına uyğun olaraq qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi prosesini icra etmək;
- Mülki Müdafiə sahəsində təlim proqramlarının işlənib hazırlanması və şirkətin şəxsi heyəti və ştatdan kənar işçiləri üçün təlimlərin keçirilməsi proseslərini icra etmək.
Tələblər
- Təhsil: Ali təhsil;
- Dil bilikləri: Azərbaycan - Mükəmməl səviyyə, İngilis - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Şirkətin strategiyası, biznes maraqları və sənaye inkişafından xəbərdar olmaq;
- Yüksək analitik və risk qiymətləndirmə bacarıqları, eləcə də hesabat və audit aparılması məqsədləri üçün şifahi, yazılı və kompüter ünsiyyəti bacarıqları;
- Yüksək ünsiyyət və təlim bacarıqları;
- Beynəlxalq standartlar üzrə iş təcrübəsi;
- Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi;
- Sürücülük təcrübəsi;
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması;
- Yekun nəticəyə yönəlmə bacarığı.
Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:
- Telekommunikasiya sahəsi, müvafiq texniki arxitektura və sənaye standartları haqqında biliklər;
- Texniki sahə üzrə təcrübə (təlimlər, sertifikatlar və s.).