Azercell

Biznesin Dayanıqlığı şöbəsinin Aparıcı Mütəxəssisi

Azercell
Ə/h razılaşma ilə
3283
Tam iş günü
Bakı, Azərbaycan
26.09.2025 04:25 - 26.10.2025 12:00

İş haqqında məlumat

  • Data mərkəzində təhlükəsizlik və əməliyyat prosedurlarına riayət olunmasını təmin etmək, onların icrasına nəzarət etmək və təşkilatın siyasətləri ilə normativ tələblərə uyğunluğunu qorumaq. Əməliyyat meyillərini izləyib təhlil edərək riskləri və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
  • Avadanlıqların quraşdırılması, yerdəyişməsi və istismardan çıxarılması üçün standartlaşdırılmış prosedurlar hazırlamaq və tətbiq etmək, aktivlərin etiketlənməsi və texniki sənədləşməni təmin etmək;
  • Data mərkəzi mühitində daxili əməkdaşların və podratçıların bütün fəaliyyətlərinə nəzarət etmək, təhlükəsizliyin, hesabatlılığın və müəyyən edilmiş standartlara riayət olunmasını təmin etmək;
  • Enerji, soyutma, şəbəkə, İT və təhlükəsizlik sistemlərində layihə bütövlüyünü, dayanıqlığını və ehtiyat mexanizmlərini qorumaq. Mühəndislik komandaları ilə əməkdaşlıq edərək nasazlıqlara qarşı dözümlülüyü optimallaşdırmaq, failover proseslərini yoxlamaq və kritik zəifliklərin qarşısını almaq;
  • Kritik infrastruktur üzrə hərtərəfli risk qiymətləndirmələri aparmaq və DCIM məlumatları və əməliyyat analitikası əsasında azaldıcı strategiyalar hazırlamaq;
  • Auditi, yoxlamaları və uyğunluq icmallarını idarə etmək və dəstəkləmək, sənaye üzrə ən yaxşı təcrübələr və normativ tələblərlə uyğunluğu təmin etmək;
  • ERM (Enterprise Risk Management) və BCM komandaları ilə birlikdə əməliyyat davamlılığı çərçivələri hazırlamaq və idarə etmək, infrastrukturun hazırlıq səviyyəsini və təşkilatın risk iştahına uyğunluğunu təmin etmək;
  • Böhranların idarə olunmasının tam dövrünü həyata keçirmək: Böhran İdarəetmə Planlarını hazırlamaq, inkişaf və test etmək; fövqəladə hallarda koordinasiya etmək; hadisədən sonra kök səbəb təhlilini (RCA) aparmaq və düzəldici tədbirlərin icrasını təmin etmək;
  • Şirkətin Mülki Müdafiə proqramına qanuni və normativ tələblərə uyğun nəzarət etmək;
  • Ehtiyat nüsxə və bərpa strategiyalarının hazırlanmasına və inkişafına nəzarət etmək, bərpa prosedurlarının sınaqlarını və dəstəkləyici infrastrukturun etibarlılığını yoxlamaq.

Tələblər

  • İT və ya təhlükəsizlik həllərinin inteqrasiyası və data mərkəzi ilə bağlı layihələrdə aparıcı mütəxəssis kimi ən azı 2 il təcrübə;
  • Insidentlərin idarəedilməsi, əməliyyat risklərinin qiymətləndirilməsi və ya böhranların idarə olunması üzrə təcrübə üstünlük hesab edilir;
  • DCIM ilə tanışlıq və data mərkəzi infrastrukturu (enerji, soyutma, yanğın təhlükəsizliyi, şəbəkə) haqqında dərin bilik;
  • Analitik düşüncə tərzi və mürəkkəb vəziyyətləri sürətlə qiymətləndirib operativ reaksiya vermək bacarığı;
  • Yaxşı təşkilati və layihə idarəetmə bacarıqları, sənədləşmə (prosedurlar, hesabatlar, incident qeydləri) təcrübəsi;
  • Çoxşaxəli komandalarla əməkdaşlıq etmək və podratçıların fəaliyyətini koordinasiya etmək bacarığı;
  • Öyrənməyə, dəyişikliklərə uyğunlaşmağa və artan məsuliyyət daşıyan rola inkişaf etməyə hazırlıq.

Təhsil:

  • Biznes İdarəçiliyi, İnformasiya Texnologiyaları, Təhlükəsizlik İdarəçiliyi və Audit və ya oxşar sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
  • CompTIA Network+, Security+, ITIL Practitioner, ISO 22301 lead auditor, DCCA (Data Center Certified Associate) və ya oxşar beynəlxalq sertifikatlar üstünlük hesab edilir.