Seratonia

Biznesin idarə olunması üzrə assistent

Seratonia
2000 - 3000 ₼
173
Hibrid
Bakı, Azərbaycan
28/08/2026 - 11/09/2026

İş haqqında məlumat

Şirkətimizin biznes proseslərinin idarə olunması, xarici tərəfdaşlarla görüşlərin təşkili və işgüzar əlaqələrin koordinasiyası üçün rus və ingilis dillərini sərbəst bilən xanım əməkdaş axtarılır.

  • İşin əsas hissəsi xarici biznes səfərləri, tərəfdaşlarla görüşlər və danışıqlarda iştirakdan ibarətdir.
  • Namizəd ay ərzində ən azı 7 gün xarici səfərlərdə olacaq. Qalan müddətdə isə Bakıdan onlayn şəkildə biznes proseslərinin koordinasiyası və idarə olunmasında iştirak edəcək.
  • İş qrafiki biznes görüşləri və səfərlərin vaxtına uyğun olaraq elastikdir.
  • Bütün xarici səfər xərcləri şirkət tərəfindən qarşılanır.

Əmək haqqı: 2000–3000 AZN

Əmək haqqı namizədin təcrübəsi, dil bilikləri və peşəkar bacarıqlarına uyğun müəyyən ediləcək

Tələblər

  • Rus və ingilis dillərində sərbəst və yüksək səviyyədə danışıq bacarığı;
  • Biznes görüşlərində iştirak etmək və lazım olduğu zaman peşəkar tərcümə aparmaq bacarığı;
  • Yüksək danışıq və ünsiyyət mədəniyyəti;
  • Səliqəli və baxımlı xarici görünüş, yüksək təqdimat mədəniyyəti və biznes mühitinə uyğun peşəkar imic;
  • İşgüzar görüşlərdə özünü inamlı və peşəkar şəkildə təqdim etmək bacarığı;
  • Yüksək davranış və etik ünsiyyət mədəniyyəti;
  • Məsuliyyətli, operativ və işgüzar olmaq;
  • Ay ərzində ən azı 7 gün xarici səfərlərdə olmağa hazır olmaq.