Bakı,
Azərbaycan
22.08.2025 03:32
-
22.09.2025 12:00
İş haqqında məlumat
- Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarının hazırlanmasında iştirak etmək;
- Maliyyə dövriyyəsini artıracaq yeni məhsul və xidmətlərin yaradılması prosesində yaxından iştirak etmək;
- Yeni müştərilərin cəlb edilməsi və onlarla əməkdaşlıq prosesini idarə etmək;
- Bazar araşdırması və müştəri sorğuları əsasında potensial müştərilərin müəyyən edilməsini təmin etmək;
- Müştərilərlə ilkin əlaqələrin qurulması (soyuq zəng, onlayn görüş, fərdi görüşlər) və təkliflərin təqdim edilməsi;
- Müqavilə proseslərinə tam nəzarət etmək (şərtlərin müzakirəsi, təsdiqləmə və imzalanma mərhələsi);
- Aidiyyəti struktur bölmələr arasında operativ və düzgün məlumat bölgüsünü təmin etmək;
- Müştərilərin məhsul və xidmətlər üzrə inteqrasiya proseslərini nəzarətdə saxlamaq və icrasını təmin etmək;
- Nağd və onlayn ödəniş bazarlarını mütəmadi izləmək, trendləri araşdırmaq və təkliflər hazırlamaq;
- Təchizatçılarla əməkdaşlığı, sifarişlərin vaxtında verilməsini və icrasını nəzarətdə saxlamaq;
- Görülən işlər barədə şöbə rəhbərinə həftəlik və aylıq hesabat təqdim etmək;
- Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində ortaya çıxan digər tapşırıqların icrasında aktiv iştirak etmək.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlananlardan xahiş olunur, Müraciət Et düyməsində qeyd olunan linkə daxil olub, CV-nizi yönləndirəsiniz.
Tələblər
- Minimum 3 il iş təcrübəsi;
- Ingilis və rus dillərini bilmək;
- Biznes inkişafı işinin təşkili və idarə edilməsini bilikləri;
- Bazar araşdırılmasının aparılması təcrübəsi;
- Partnyorlarla, müştərilərlə işlərin aparılması qaydalarını bilməli;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları.