Biznesin inkişafı və layihələrin idarə olunması üzrə kiçik mütəxəssis
Baku Steel Company CJSC
Ə/h razılaşma ilə
147
Tam iş günü
Bakı,
Azərbaycan
11/09/2026
-
25/09/2026
İş haqqında məlumat
in qısa təsviri
- Biznesin inkişafı və layihələrin idarə olunması proseslərində iştirak etmək, strateji təşəbbüs və layihələrin koordinasiyasına dəstək vermək, layihə portfelinin monitorinqində və performans göstəricilərinin təhlilində iştirak etmək;
Əsas vəzifə və məsuliyyətlər
- Cəmiyyət üzrə (törəmə müəssisələr daxil olmaqla) strateji təşəbbüs və layihələr portfelinin idarə olunması prosesində kommunikasiya və koordinasiyaya dəstək göstərmək;
- Strateji planlama və icra proseslərini izləmək və müvafiq proseslərdə iştirak etmək;
- Strateji yol xəritəsinin hazırlanması və yenilənməsində iştirak etmək;
- Biznes və dəstəkləyici proseslərin optimallaşdırılması üzrə struktur bölmələrlə əməkdaşlıq etmək;
- Layihələrin icrası üçün zəruri məlumatların toplanmasına dəstək olmaq;
- Layihələr üzrə məlumatların təhlili və performans göstəricilərinin monitorinqində iştirak etmək
- Strateji layihələr üzrə sənədləşmə prosesində iştirak etmək;
- Daxili məlumatların və kommersiya sirrinin məxfiliyini qorumaq;
Tələblər
Təhsil
- Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
Təcrübə
- Layihələrin idarə olunması üzrə nəzəri və ya praktiki biliklər;
- İstehsalat/Sənaye sahəsində iş təcrübəsi üstünlükdür;
Dil bilikləri
- Azərbaycan dili – sərbəst;
- Rus və İngilis dili – orta səviyyə;
Texniki bacarıqlar
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik düşünmə və təqdimat hazırlamaq bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;