Bakı,
Azərbaycan
20/04/2026
-
04/05/2026
İş haqqında məlumat
- Business tərəfdaşları ilə əməkdaşlıq edərək hesabat tələblərini anlamaq və onları effektiv BI həllərinə çevirmək
- İstifadəçilərin ehtiyaclarını qarşılayan Tableau və SAP BusinessObjects dashboardları və istifadəsi rahat interfeyslər yaratmaq və onları daim aktual saxlamaq
- Şəbəkə performansı, abunəçi metrikləri və xidmət keyfiyyəti göstəriciləri kimi telekom KPİ-lərinə uyğun dashboardlar dizayn etmək
- Aydın və fəaliyyətə yönəlik insight-lar təqdim etmək üçün data vizuallaşdırılmasının ən yaxşı təcrübələrini tətbiq etmək
- Kompleks SQL sorğuları icra etmək və data dəqiqliyini təmin etmək üçün ETL məntiqinin yoxlanılmasında iştirak etmək
- BI platformalarını konfiqurasiya etmək və idarə etmək, lazım olan SQL funksiyalarını inkişaf etdirmək və sistem performansını optimallaşdırmaq
- Müxtəlif mühitlər üzrə hesabat sürətini artırmaq üçün keşləmə strategiyaları və performans optimallaşdırma üsullarını tətbiq etmək
- Data modellərini təkmilləşdirmək və sahə (field) əlçatanlığını genişləndirmək üçün developer və data engineer-lərlə əməkdaşlıq etmək
- Hibrid data mənbələrinin mürəkkəbliyini sadələşdirən vahid semantik qatlar yaratmaq
- Mövcud dashboardlar, hesabatlar və data interfeyslərinə dəstək vermək və onları troubleshoot etmək
- Hesabat mühitləri üçün təhlükəsizlik və giriş icazəsi nəzarətini tətbiq etmək
- Hesabatlar və dashboardlar üçün əhatəli sənədləşmə yaratmaq və onu davamlı yeniləmək
Tələblər
- Tableau və SAP BusinessObjects üzrə inkişaf və administrasiya sahəsində güclü təcrübə
- SQL üzrə yüksək bilik – mürəkkəb sorğular yazmaq və performansı optimallaşdırmaq bacarığı
- Data vizuallaşdırılması üzrə ən yaxşı təcrübələr və dashboard dizayn prinsipləri haqqında bilik
- Telekommunikasiya üzrə KPI və metriklərə dair anlayış
- BI platformalarının konfiqurasiyası, texniki xidmət və troubleshooting üzrə bilik
- Güclü problem həll etmə və tənqidi düşünmə bacarıqları
- Texniki və biznes tərəfdaşları ilə effektiv işləmək üçün əla kommunikasiya bacarıqları
- Keşləmə strategiyaları daxil olmaqla performans optimallaşdırma üsulları ilə təcrübə
- Avtomatlaşdırma və data analitikası üçün Python və ya R üzrə baza səviyyəsində skript yazma bacarığı
- Texniki sənədləşmə yaratmaq və onu daim yeniləmək bacarığı
Üstünlük verilən tələblər:
- Hibrid (cloud/on-premises) BI mühitlərində işləmə təcrübəsi
- Əlavə BI alətləri haqqında bilik (Power BI, Qlik və s.)
- Telekommunikasiya sahəsində analitika üzrə təcrübə
- BI üzrə müvafiq sertifikatlar (Tableau, SAP BO sertifikatı)
- Statistik analiz üçün inkişaf etmiş Python/R proqramlaşdırma bacarıqları
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.