VMF Company

Blogger və Influencerlərlə Əməkdaşlıq

VMF Şirkəti
Ə/h razılaşma ilə
529
Tam iş günü
Bakı, Azərbaycan
30/06/2026 - 30/07/2026

İş haqqında məlumat

VMF şirkəti məhsullarının sosial media platformalarında tanıdılması məqsədilə blogger və influencerlərlə əməkdaşlığa dəvət edir.

  • VMF məhsullarının sosial media platformalarında tanıdılmasını həyata keçirmək.
  • Məhsulları Instagram Story, Reels, Post və Carousel formatlarında paylaşmaq.
  • Məhsulları gündəlik həyat tərzi və səyahət kontentlərində təbii şəkildə təqdim etmək.
  • Paylaşımlarda VMF şirkətinin sosial media hesabını qeyd etmək.
  • Hazırlanan kontentdə məhsul və brend haqqında düzgün məlumat vermək.

Təklif edirik:

  • Tanınmış brendlə əməkdaşlıq imkanı.
  • Uzunmüddətli tərəfdaşlıq perspektivi.
  • Yeni məhsulların təqdimat kampaniyalarında iştirak imkanı.
  • Brend layihələrində və marketinq fəaliyyətlərində iştirak imkanı.

Əlavə məlumat:

  • Seçim zamanı yalnız izləyici sayı deyil, auditoriyanın aktivliyi, kontentin keyfiyyəti və bloggerin imicinin VMF brendinə uyğunluğu nəzərə alınacaq.

Tələblər

  • Aktiv sosial media hesabına sahib olmaq.
  • Real və aktiv izləyici auditoriyasının olması.
  • Lifestyle, fashion, travel və ya digər uyğun kontent istiqamətlərində fəaliyyət göstərmək.
  • Keyfiyyətli foto və video kontent hazırlamaq bacarığı.
  • Auditoriya ilə yüksək qarşılıqlı əlaqəyə (engagement) malik olmaq.
  • Məsuliyyətli və əməkdaşlığa açıq olmaq.

Müraciət qaydası:

  • Müraciət etmək istəyən namizədlər sosial media hesablarının linkini (profilini) və aktiv əlaqə nömrələrini daxil etməklə öz müraciətlərini [email protected] elektron ünvanına və ya  050-257-80-36 nömrəsinə təqdim edə bilərlər.