Zeytun Pharmaceuticals

Bölgə müdiri

Zeytun Pharmaceuticals
1300 - 1600 ₼
0
Tam iş günü
Bakı, Azərbaycan
24.01.2024 16:14 - 23.02.2024 16:14

İş haqqında məlumat

  • Rəhbərlik tərəfindən müəyyən edilmiş marketing strategiyasına uyğun olaraq çalışmaları təmin etmək;
  • Bölgədə iş strukturunun (ərazi bölgüsü və digər) hazırlanması, tibbi nümayəndələrin plan üzrə çalışmalarının təşkil və təmin edilməsinə nəzarət;
  • Gündəlik təyin olunmuş ərazi üzrə, şirkətə aid məhsulların tibb müəssisələrdə və apteklərdə olan həkim və əczaçılara tanıtımının təşkili;
  • Tabeliyində olan tibbi nümayəndələrlə görülən işlərin müzakirəsi, təlimatların verilməsi, ikili  ziyarətlər;
  • Tibbi nümayəndələrinin satış bacarıqlarının artırılmasını təmin etmək;
  • Təqdimat və dəyirmi masaların təşkil edilməsinə dəstəyin təmin edilməsi;
  • Mümkün fürsətlərin dəyərləndirilməsi və bu barədə zamanında rəhbərliyin məlumatlandırılmasını təmin etmək;
  • Nəzərdə tutulmuş hədəflər üzrə aylıq, rüblük, illik satışları təmin etmək və bu barədə hesabatlar təqdim etmək;
  • Yemək və yol məsrəfləri şirkət tərəfindən təmin edilir;
  • Tibbi sığorta təmin edilir (sınaq müddətini bitirdikdən sonra);
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Yaş: 25-40;
  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq satış sahəsində ən az 3 il uğurlu fəaliyyət təcrübəsi;
  • Dil bilikləri: Rus və ingilis dili bilikləri üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqram bilikləri (Word, Exel, Power Point, Outlook);
  • Satış bacarığı;
  • Məsuliyyətli, punktual, ünsiyyət bacarıqları yüksək, məqsədəyönlü və analitik bacarıqları olan;
  • Səlis və aydın nitq, sistemli təqdimat bacarığı;
  • Stressə dayanıqlı, komanda idarəetmə və problem həll etmə bacarığına malik olan;
  • İşgüzar və səliqəli geyim.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.


Elanın müddəti bitmişdir