Bakı,
Azərbaycan
14/09/2026
-
14/10/2026
İş haqqında məlumat
Vəzifə təlimatı:
- Inkişaf və satış strategiyasının hazırlanması
- Marketlər üzrə aidiyyatı kateqoriyalar üzrə görüşlərin təşkil olunması
Marketlər üzrə aktivliklərin razılaşdırılması - Satış nöqtələrinin yeni kampaniyalar, aksiyalar barədə məlumatlandırılmasını yoxlamaq
- Şirkətin keyfiyyət siyasətinə əməl edərək, müştərilərin istəkləri, şikayətləri və qiymət dəyişiklikləri barəsindəki tələbləri haqqında funksional rəhbərini məlumatlandırmaq
- Şirkət tərəfindən müəyyən edilmiş satış planına əsasən məhsulların satışını təmin etmək
- Effektiv planlama və düzgün qiymət siyasəti ilə Şirkətin satış hədəflərinin müəyyən edilməsi
- Yeni satış kanallarının tapılması, satışın stimullaşdırılması
- Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
- Daxili bazarı araşdırmalı satışı həyata keçirdə bilməsi üçün bütün kanallardan istifadə etməli
- Satış üzrə təqdimat və təkliflərin hazırlanması
- Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması
- Şirkətin məhsul və qiymət planlamasını hazırlamaq
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi
- Müştəri bazasının saxlanılması, təhlili və sistemləşdirilməsi üzrə işin təşkili
- Şöbə üzrə bonus hesablanma qaydasının təyin edilməsi
- Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək
- Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış barədə məlumatları təhlil etmək
Tələblər
- Ali təhsil
- Şəxsi avtomobil vacibdir
- Müvafiq sahə üzrə ən az Bölgə Müdiri vəzifəsində 3 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya, tədqiqat, təşkilatçılıq, problem həll etmə, analitik yazı və təqdimat bacarıqları
- Microsoft Office proqramlarını bilmək
İş haqqında məlumat: - İş yeri: Bakı şəhəri
- İşə qəbul, Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək
Qeyd:Vakansiya Bakı şəhərində yaşayan namizədlər üçün aktivdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “bölgə müdiri” qeyd edərək [email protected] elektron poçt ünvanına və ya 077 233 04 82 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.