Bakı,
Azərbaycan
22.08.2025 05:00
-
22.09.2025 12:00
İş haqqında məlumat
- Cizgilər üzrə boru xətlərinin quraşdırılması barədə təsəvvürə malik olmaq;
- Müxtəlif diametrli boruların, boru sistemlərindəki (siyirtmə, klapan və s.),dirsəklərin, diametr üzrə keçid hissələrinin boltlu flanslarla və qaynağa verilməsi üsulu ilə birləşdirilməsi (quraşdırılması) işlərini bacarmalı;
- Quraşdırma işlərini müxtəlif hündürlükdə (10-12 m) müvafiq prosedurlara və standartlara uyğun icra etməli;
- Boruların növləri, ümumilikdə material tərkibi haqqında məlumatlı olmalı;
- Boru quraşdırma kimi proyektə uyğun konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan peşəkar və təhlükəsiz istifadəni bacarmalı;
- İşlə bağlı çertyoj və planı oxumağı bilməli, izah etməyi bacarmalı;
- Cizgi əsasında boruları və bütün növ lazımi detalları kəsməyi, uyğunlaşdırmağı, yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı;
- Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli;
- Sex şəraitində boru hissələrinin və dayaqlarının verilən cizgilər əsasındarəsmi proyektə uyğun yığılmasını bilməli;
- Boruların diametrləri, materialları, çəkisi kimi xarakteristikalar barədə məlumatlı olmaq.
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- İstirahət günü: həftədə 1 gün;
- Müddətli əmək müqaviləsi (layihəyə uyğun);
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir;
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1.
Əlaqə:
- Vakansiya ilə bağlı müraciət üçün CV formasını Müraciət Et düyməsindəki e-mail vasitəsilə mövzu yerinə “Boru quraşdırıcısı (montajçı) yazaraq göndərə bilərlər.
Tələblər
- Müvafiq sahədə minimum 10 il təcrübə;
- Boru montajı üçün istifadə olunan materiallar (polad, paslanmayan polad, və s.) haqqında bilik;
- Yaş 30 – 60 ;
- Müvafiq sahələr üzrə - orta ixtisas və ya peşə təhsilinin (qaz, santexnika, boru montajı və ya oxşar sahə üzrə) olması üstünlükdür.