Sumqayıt,
Azərbaycan
01/06/2026
-
15/06/2026
İş haqqında məlumat
- Layihə cizgilərini və detallı dizayn rəsmlərini nəzərdən keçirmək;
- Boya və abraziv material sərfiyyatının texniki tələblərə uyğunluğunu yoxlamaq və nəzarətdə saxlamaq;
- Boya spesifikasiyalarını analiz etmək və tətbiqinə nəzarət etmək;
- İnspeksiya və Test Planına (ITP) uyğun boya prosedurunun tətbiqini təmin etmək;
- Boya anbarında gündəlik yoxlamalar və qeydiyyat aparmaq;
- Qumlama öncəsi və sonrası səth yoxlamaları, toz testi və səth kələ-kötürlüyünün ölçülməsi;
- Boyama zamanı ətraf mühit şəraitini — temperatur, nisbi rütubət və səth temperaturunu ölçmək və qeyd etmək;
- Yaş və quru film qalınlığının ölçülməsi və vizual yoxlamaların aparılması;
- Görülən işlər üzrə texniki hesabatların hazırlanması və təqdim edilməsi;
- Uyğunsuzluq aşkar edildikdə müvafiq şəxslərə məlumat vermək və düzəldici tədbirlərin icrasını izləmək;
- Təhkim olunmuş ölçü və yoxlama cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki, 08:00-17:00;
- İş yeri: Sumqayıt şəhəri;
- Könüllü tibbi sığorta təminatı;
- Korporativ nömrə;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblər
- Ali texniki təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- ISO 8501, ISO 8502, ISO 8503, ISO 12944 standartları üzrə biliklər;
- Aşağıdakı beynəlxalq sertifikatlardan biri: NACE Level 2 Coating Inspector, BGAS-CSWIP Painting Inspector Grade 2
- ISO 9001 və digər keyfiyyət idarəetmə sistemləri barədə biliklər;
- Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması bacarığı;
- Texniki rəsmlərlə işləmək və texniki normativləri anlama bacarığı;
- Boya spesifikasiyaları, ITP, texniki cizgilər, prosedurlar və inspeksiya hesabatları kimi sənədləri Azərbaycan və İngilis dillərində oxumaq və anlamaq bacarığı;
- Məsuliyyətlilik, qərarvermə, problem həlletmə, planlaşdırma, təşkilatçılıq və komandada işləmə bacarıqları;
- Dəqiqlik və detallara yüksək diqqət yetirmə qabiliyyəti.
Müraciət etmək istəyən namizədlər linkə daxil olsun: https://forms.gle/YQWjX5yGbyHrsuLv9
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.