SOCAR

Böyük energetik

SOCAR
Ə/h razılaşma ilə
715
Tam iş günü
Naxçıvan, Azərbaycan
04.11.2025 10:08 - 04.12.2025 12:00

İş haqqında məlumat

  • Sahənin balansında olan bütün elektrik avadanlıqlarının düzgün təmiri və istismarını təşkil etmək; 
  • Bütün elektrik xətlərinin və elektrik avadanlıqlarının sxemini çəkmək, QPS-lərdə və sahənin tabeliyində olan bütün işıqlanma sistemini təmir etmək və saz vəziyyətdə saxlamaq; 
  • Elektrik avadanlıqlarını təmir etmək və ehtiyatda olan elektrik avadanlıqlarının düzgün saxlanmasını təmin etmək; 
  • QPS-lərdə istifadə olunan elektrik enerjisinin sərfiyyatı haqqında məlumatları İdarəyə təqdim etmək; 
  • Xidmətlərdən müvafiq məlumatların toplamaq, yoxlamaq və və hesablamaları aparmaq; 
  • Toplanmış siyahılara əsasən Sahə üzrə ümumi sifarişin hazırlanması və alınması Sahə rəisinə təqdim etmək; 
  • Energetika avadanlığının təhlükəsiz və fasiləsiz istismarı, təmiri qaydaları üzrə təhlükəsizlik təlimatlarının, texniki şərtlərin tələblərinə əməl olunmasına nəzarətin təşkil edilməsi, aşkar edilmiş nöqsanlar barədə məlumatın hazırlanması və tədbir görülməsi üçün aidiyyəti işləri yerinə yetirmək; 
  • Sərf olunmuş elektrik, yanacaq və istilik enerjisinin hesabatını hazırlanmaq və aidiyyəti üzrə vermək: 
  • Hər ay xidmətlərdən sayğacların faktiki göstəricilərinə əsasən enerji balansının hesabatını, sərfiyyat cədvəllərinin hazırlamaq, aidiyyatı üzrə təhvil verilməsi və İdarəyə hesabat göndərmək;. 
  • Elektrik təchizatı üzrə obyektlərinin layihə smeta sənədlərinin ekspertizasını aparmaq; 
  • Elektrik təchizatı üzrə sınaq sazlama işlərinin yerinə yetirilməsi və Elektrik təchizatı üzrə alınması nəzərədə tutulan mal-materiallar üçün müvafiq sənədləri hazırlamaq; 
  • İşçilərin bilik səviyyəsinin yoxlanması üçün imtahanı təşkil etmək və imtahandan keçməyən işçilər barədə tədbirlər görmək üçün Sahə rəhbərliyinə məlumat vermək; 
  • Tabeliyində olan bütün işçilərin iş zamanı təhlükəsizliyini təmin etmək; 
  • Texniki sənədlərin, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət etmək, onun işində olan çatışmazlıqların səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər həyata keçirmək; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək; 
  • Müəssisə üzrə tətbiq edilən Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə əməl etmək və davamlı təkməlləşdirmə planlarının hazırlanmasında təkliflər vermək; 
  • Ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji normativ sənədlərin tələblərinə əməl etmək; 
  • Fəaliyyət zamanı formalaşan təhlükələrin müəyyən edilərək risklərin və ekoloji aspektlərin qiymətləndirilməsində yaxından iştirak etmək.

Tələblər

  • Təhsil pilləsi:  Ali bakalavr;
  • Müddəti / İş təcrübəsi: 1 İl / Müvafiq sahə üzrə.


Oxşar vakansiyalar