SOCAR

Böyük hüquq məsləhətçisi

SOCAR
Ə/h razılaşma ilə
652
Tam iş günü
Bakı, Azərbaycan
16/12/2025 - 23/12/2025

İş haqqında məlumat

  • İdarədə hüquqi işlərə metodiki rəhbərlik edir, struktur bölmələrə hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir; 
  • İdarənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də idarənin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir; 
  • İdarənin hüquqi aktlarının (sərəncam, əmr, müqavilə və s.) Azərbaycan Respublikasının qanunvericiliyinə, SOCAR standartlarına və digər normativ-hüquqi aktlara uyğunluğunu yoxlayır; 
  • İdarənin məhkəmə proseslərində maraqlarını və hüquqlarını müdafiə edir; 
  • Hüquq-mühafizə orqanlarına, məhkəmələrə, o cümlədən İqtisad məhkəməsinə göndəriləcək sənədləri rəsmiləşdirir, icrası qurtarmış məhkəmə işlərinin hesabatını və saxlanılmasını təmin edir; 
  • Rəhbərliyə imza üçün təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır; 
  • İdarənin kənar müəssisə və təşkilatlarla müqavilələrin hazırlanmasında və bağlanmasında iştirak edir; 
  • Qanunvericiliyin tələblərinə uyğun gəlməyən hüquqi aktların dəyişdirilməsini və ya ləğv edilməsini təmin edir; 
  • Əmək münasibətlərini tənzimləyən sənədlərin, o cümlədən Daxili İntizam Qaydalarının, Kollektiv Müqavilələrin və digər sənədlərin (əmr, əmr qərar, müqavilə, məktub, təlimat, əsasnamə və s.) işlənib-hazırlanmasında iştirak edir; 
  • Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir, Kollektiv Müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir; 
  • İdarənin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir; 
  • Qanunvericiliyə dair yeni qəbul olunmuş normativ sənədləri toplayır; 
  • Qüvvədən düşmüş əmr, əmr-qərar və digər normativ aktların ləğv olunmasını təmin edir; 
  • İdarənin əmlakının mühafizəsinə, aparılan xidmətin keyfiyyətinin yüksəldilməsinə, həmçinin öhdəliklərin yerinə yetirilməsinə dair işlərə hüquqi yardım göstərir; 
  • Maliyyə intizamının pozulması, vəsait israfçılığına, oğurluğa və digər itkilərə yol verilməsi məsələləri üzrə materiallara baxılmasını, rəy hazırlanmasını, zərurət yarandığı hallarda hüquq-mühafizə orqanlarına göndərmək üçün sənədlərin hazırlanmasını təmin edir; 
  • Təsərrüfat hesabının, müqavilə, maliyyə və əmək intizamının möhkəmlənməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq halları ilə mübarizə üzrə tədbirlərin işlənib-hazırlanması və yerinə yetirilməsi işlərində bilavasitə iştirak edir; 
  • İddiaların baxılmasının nəticələrini və məhkəmə qərarlarını təhlil edir; 
  • Hüquqi sənədlərin və normativ aktların uçotunu aparır, sistemləşdirir, rəsmiləşdirir və saxlanılmasını həyata keçirir; 
  • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir; 
  • Əmək intizamının pozulması ilə bağlı təqdimatların araşdırılması və hüquqi rəy verilməsində iştirak edir; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir.

Tələblər

  • Təhsil pilləsi: Ali bakalavr / Müvafiq sahə üzrə
  • Müddəti / İş təcrübəsi: 4 İl