Bakı,
Azərbaycan
23/12/2025
-
06/01/2026
İş haqqında məlumat
- İcra vərəqəsinin icrası təmin olunmadığı halda müvafiq struktura (strukturlara) müraciətin ünvanlanması
- İcra vərəqəsinin icrasının təmini mümkün olduğu halda, müvafiq struktur bölmə tərəfindən icra edilməsi üçün "Xidməti yazı" layihəsinin hazırlanaraq şöbə rəhbərliyi ilə razılaşdırılması
- İcra orqanı tərəfindən daxil olmuş qərarın aidiyyəti şöbələr, struktur təşkilatlar tərəfindən icrasına nəzarət edilməsi
- İcra vərəqəsinin icrası təmin olunduqda məhkəmədə iştirak edilməsi
- "Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunması barədə" qərara əsasən məhkəmədə təqdim olunacaq işlərin araşdırılması və məlumatların toplanması
- 3.Məhkəmədə 3-cü şəxs qismində iştirak edilməsi və məhkəmə prosesi ilə əlaqədar izahatların verilməsi
- "Müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunması barədə" vəsatətin hazırlanması və müvafiq şəkildə rəsmiləşdirilməsi
- Müstəqil tələb irəli sürən 3-cü şəxs qismində "İddiaçı" tərəf kimi işə cəlb olunduğu halda, "İddia ərizəsi"nin hazırlanması; "Cavabdeh" tərəf kimi qoşulduğu halda isə "Etiraz" və ya "Qarşılıqlı iddia"nın hazırlanması
- "İddia tələbinin təmin edilməsi və ya edilməməsi barədə" qərar Trestin hüquq və maraqlarına toxunduğu (və ya toxunmadığı) halda Apellyasiya məhkəməsinə müraciət edilməsi
- "İddia tələbinin təmin edilməməsi barədə" qərar Trestin hüquq və maraqlarına toxunduğu halda apellyasiya məhkəməsinə hazırlıq işlərinin aparılması
- "İddia tələbinin təmin edilməsi barədə" qərar Trestin hüquq və maraqlarına toxunmadığı halda məhkəmə qətnaməsinin və ya qərardadın icrasının təmin edilməsi
- Məhkəmə qətnaməsinin və ya qərardadın müvafiq şəkildə arxivləşdirilməsi
- Apellyasiya şikayətinə etirazın hazırlanması və müvafiq şəkildə rəsmiləşdirilməsi.
- Məhkəmə prosesində iştirak edilməsi
- Zərurət olduğu hallarda əlavə sübutların toplanması, araşdırılması (şöbə rəisi ilə müvafiq şəkildə razılaşdırılaraq) məhkəməyə təqdim edilməsi
- Vəsatətlərin hazırlanması (şöbə rəisi ilə müvafiq şəkildə razılaşdırılaraq) məhkəməyə təqdim edilməsi
- Məhkəmə qərarlarının icrasının təmin edilməsi (icra edilmiş işlər barədə şöbə rəisinə məlumat verilməsi)
- Ali məhkəmədə iştirak etmək üçün vəkil ilə bağlanacaq müqavilə sənədinin hazırlanması və şöbə rəisi ilə razılaşdırılması
- Vəkil sifarişinin hazırlanması və müvafiq şəkildə rəsmiləşdirilməsi
- Məhkəmə qətnaməsinin və ya qərardadın müvafiq şəkildə arxivləşdirilməsi
- İddia ərizəsi üzrə sübutların toplanması
- İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə qabağı pretenziyanın hazırlanması, baxılmaq və rəy bildirilmək üçün şöbə rəisinə təqdim edilməsi
- Trestin hüquq və mənafelərinin qorunması məqsədilə iddia ərizəsinin hazırlanması, baxılmaq və rəy bildirilmək üçün şöbə rəisinə təqdim edilməsi
- Məhkəmə prosesində "İddiaçı" tərəf qismində iştirak edilməsi və zərurət yarandıqda qarşılıqlı iddia tələbi ilə çıxış edilməsi
- İddia ərizəsinin əsaslı olduğunu sübut etməklə Trestin iddiasının təmin edilməsi üçün etibarnamə əsasında bütün zəruri hüquqi tədbirlərin (subutların təqdim edilməsi və s.) görülməsi
- "İddia ərizəsinin təmin edilməməsi" barədə məhkəmənin qətnamə, qərar və ya qərardadından apellyasiya şikayətinin hazırlanması (müvafiq şəkildə razılaşdırılaraq) təqdim edilməsi
- "İddia tələbinin təmin edilməsi" barədə qərar Trestin hüquq və maraqlarına toxunmadığı halda məhkəmə qətnamə və ya qərardadın icrasının təmin edilməsi
- Məhkəmə qətnaməsinin və ya qərardadın müvafiq şəkildə arxivləşdirilməsi
- Məsələ ilə bağlı hüquqi rəyin bildirilməsi, şikayətçiyə cavab məktubunun layihəsinin hazırlanması, müvafiq şəkildə rəsmiləşdirililməsi və təqdim edilməsi
- Dövlət Əmək Müfəttişliyi Xidməti və s.) uyğun araşdırmanın aparılması
- Məsələ ilə bağlı hüquqi rəyin bildirilməsi, cavab məktubunun layihəsinin hazırlanması, müvafiq şəkildə rəsmiləşdirililməsi və təqdim edilməsi
- Etirazın əsaslı olduğunu sübut etməklə Trestin mənafelərinin qorunması üçün etibarnamə əsasında bütün zəruri hüquqi tədbirlərin (sübutların təqdim edilməsi və s.) görülməsi
- Məhkəmə işi üzrə vəsatətlərin hazırlanması (şöbə rəisi ilə müvafiq şəkildə razılaşdırılaraq) və təqdim edilməsi
- Məhkəmə qətnaməsinin və ya qərardadın müvafiq şəkildə arxivləşdirilməsi
- Müqavilələrdə əlavələrin hüquqi ekspertizası və tərtib edilməsinə nəzarət etmək
- Müqaviləyə əlavədə göstərilmiş müddəaların trestin maraqlarına uyğunlaşdırılması üçün əlavəyə dair yeni təkliflərin hazırlanmasını təmin etmək
- Mqavilələrə əlavələrin qanunvericiliyə uyğun olaraq tərtib olunmasına nəzarət etmək
Tələblər
- Təhsil pilləsi:Ali bakalavr
- İş təcrübəsi: 3 İl / Müvafiq sahə üzrə
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.