Fortis Group

Böyük mexanik (istehsalat sahəsi üzrə)

Fortis Group
Ə/h razılaşma ilə
1284
Tam iş günü
Bakı, Azərbaycan
10.06.2025 22:59 - 10.07.2025 12:00

İş haqqında məlumat

  • Mexaniki problemlərin növləri və onların yaranma səbəblərini aşkar etmək;
  • İstehsalat sahələrinin məhsuldar şəkildə işləməsi üçün texnologiyaya uyğun şəkildə lazımi texniki təmir işlərini proqramlaşdırmaq və həyata keçirmək;
  • Avadanlıqlarda (dəyirmanlar, konveyorlar, çənlər, o cümlədən nasoslar, qaldırıcı mexanizmlər, kompressorlar, qızdırıcılar və s.) profilaktik təmir cədvəlinə uyğun olaraq təmir işlərinin aparılmasını təşkil etmək və ona nəzarət etmək;
  • İşin qaydasını, ardıcıllığını müəyyən edən, onların təhlükəsizliyini təmin etmək üçün lazımi materialların və vasitələrin mövcudluğunu müəyyən edən bütün təmir növlərinə dair təlimatları (axın sxemləri, təlimatlar, prosedurlar, işin təşkili layihələri) tərtib etmək;
  • Avadanlıqların quraşdırma və əsaslı təmirindən sonra istismara verilməsi üzrə komissiyaların işində iştirak etmək;
  • Materialların, ehtiyat hissələrinin və alətlərin vaxtında qəbulunu, uçotunu, düzgün saxlanılmasını, təhlükəsizliyini və səmərəli istifadəsini təmin etmək;
  • Sahə avadanlığının mövcudluğu və hərəkəti, ehtiyat hissələrinin spesifikasiyası üzrə müvafiq sənədləşmənin aparılmasını təmin etmək;
  • Əməyin mühafizəsi qayda və normalarının tələblərinə uyğun olaraq işin təşkilini təmin etmək;
  • İstehsal avadanlıqlarının, alətlərin, nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizliyi təmin etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Nahar ilə təmin edilir;
  • Korporativ nömrə ilə təmin edilir;
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən);
  • İş yeri: Xırdalan şəhəri.

Tələblər

  • Yaş həddi 25-55; 
  • Texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 3 il);
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı.


Oxşar vakansiyalar