Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
1500 - 1700 ₼
3014
Tam iş günü
Bakı, Azərbaycan
27.10.2025 04:01 - 27.11.2025 12:00

İş haqqında məlumat

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil edir;  
  • İlkin mühasibat sənədlərinin hazırlanmasını həyata keçirir. Satış əməliyyatlarının mühasibat proqramına daxil edir və şöbə rəhbərinin verdiyi digər tapşırıqları həyata keçirir;
  • Mal və xidmərt alışı sənədlərinin (elektron qaimə, hesablar və s..) yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
  • Aylıq, rüblük vergi bəyannamələrinin (ÖMV, ƏDV, Əmlak, Vahid bəyannamə və s.);
  • Mənfəət bəyannaməsinin tərtib və təqdim olunmasında maliyyə nəzarətçisinə lazımi köməklik edir;
  • Statistika hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor  borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks  etdirilməsini təmin edir;
  • Debitorlarla (fiziki şəxslərlə) qarşılıqlı üzləşmələr aparır, onlara öhdəliklər barədə məlumatlar-bildirişlər göndərir, borcların yığılmasını təmin edir;
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.

Biz təklif edirik:

  • 1500 – 1700 AZN xalis əməkhaqqı;
  • Məktəbin yeməkxanasında nahar imkanı;
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma;
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı.

Maraqlanan namizədlərdən xahiş olunur ki,qeyd olunan mail ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Böyük Mühasib” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

Tələblər

  • Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
  • PMS, ACCA və ya CIMA sertifikatına malik olmaq və ya həmin istiqamətdə təhsil almaq arzuolunandır;
  • Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Vergi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək;
  • 1C proqramında sərbəst işləmə bacarığı;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması təcrübəsi;
  • Elektron qaimə-faktura və ilkin sənədlərlə işləmə bacarığı;
  • İngilis və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı yaxşı səviyyədə olmalı
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti;
  • Microsoft Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı.